cumhuriyyet.info

DÜNYA MƏTBUATI: YAXŞI OLAR Kİ, SÜLH AXTARANLAR HƏBSDƏ OLSUNLAR

  • 26-08-2014, 19:32
  • 1169
  • 0
DÜNYA MƏTBUATI: YAXŞI OLAR Kİ, SÜLH AXTARANLAR HƏBSDƏ OLSUNLAR washingtonpost.com - Səfir Azərbaycanda hüquq müdafiəçilərinə qarşı saxta ittihamlara məhəl qoymur

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun cavabına baxmayaraq qəzetin 14 avqust tarixində dərc edilmiş “Rusiyanın pis təqlidi” başlıqlı məqaləsi həqiqəti əks etdirir.

Azərbaycanın səfiri öz məktubunda Leyla Yunus və Arif Yunusa qarşı Ermənistana casusluq etmək kimi saxta ittihamlara, yaxud həbsdə Leyla Yunusa dərman verilməməsi və müalicə ilə təmin olunmaması və ya Azərbaycanda həbsdə onlarla siyasi məhbusun olmasına da toxunmur.

Leyla Yunus və Arif Yunus Azərbaycanla Ermənistan arasında sülh yaratmaq üçün çox mühüm xalq diplomatiyasına cəlb olunublar. Həm Azərbaycan, həm də Ermənistan münaqişənin həlli üçün zəruri güzəştə getməyə hazır deyillər.

Xalq diplomatiyasının səyləri Azərbaycan hakimiyyətinin yadına onun Dağlıq Qarabağ problemini həll etmək istəməməsini salır: yaxşı olar ki, sülh axtaranlar həbsdə olsunlar.

radikal.com.tr – Azərbaycanlı deputat Qənirə Paşayeva maaşını türkmənlərə bağışladı

Azərbaycanın millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmənlərinə bağışlayıb. Deputat imkanı olan hər kəsi İraqda yaşayan türkmənlərə yardıma çağırıb.

"Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmənlərin durumu isə daha ağırdır.

Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkmən qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb!

Qətlə yetirilən, köçkün salınan türkman qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk etdi! Bu insanların hər türlü insani yardıma və özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Kömək istəyirlər... Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?! – Təbii ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından! Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər…

Kömək gözləyirlər –hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!"

news.mail.ru – Azərbaycan Abxaziyada keçirilən seçkiləri tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada avqustun 24-ü 2014-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir. Avqustun 24-də tanınmamış Abxaziya respublikasında prezident seçkisi keçilib.

newsgeorgia.ru – Azərbaycan ilə Gürcüstan sərhədində avtomobil tıxacı 5 km-ə çatıb

Dörd gündür ki, Azərbaycanın Gürcüstanla sərhədində çox sayda avtomobil yığılıb, avqustun 25-nə olan məlumata görə, avtomobil tıxacının uzunluğu 5 kilometrə çatır. Bəzi maşınlar iki gündür ki, növbədədir.

Gürcüstanın sərhəd xidmətinin əməkdaşları bildiriblər ki, problemi Azərbaycan tərəfdədir. Azərbaycanın Sərhəd və Gömrük Xidməti isə hazırda şərh verməkdən yayınır.

Gürcüstan KİV-ləri bildirirlər ki, ötən həftə sürüşmə ilə əlaqədar Gürcüstan Hərbi yolu bağlandıqdan sonra bir çox sürücülər Gürcüstandan Rusiyaya Azərbaycan vasitəsilə (Tbilisi-Rustavi-Gəncə-Bakı-Mahaçqala-Qroznı-Vladikavkaz) getməyə çalışırlar ki, bu da buraxılış məntəqələrində yüklənməni kəskin şəkildə artırıb.

Mütəxəssislərin sözlərinə görə, Rusiya istiqamətindəki Gürcüstan hərbi yolu hələ 10 günə yaxın bağlı olacaq.

Eyni zamanda, Azərbaycan-Gürcüstan sərhədində “Avro-4” ekoloji standartlarına cavab verməyən avtomobillərin Azərbaycana girişinə məhdudiyyətlər qüvvəyə minib.

Maşın standartlara cavab vermirsə, onun sahibi sərhədi keçməzdən əvvəl müəyyən məbləğdə depozit qoymalı və ya Azərbaycan vətəndaşından ona qonaq getdiyi və tezliklə ölkəni tərk edəcəyi haqqında zəmanəti olmalıdır.

regnum.ru – Ermənistan ombudsmanı BMT-ni Azərbaycanı qınamağa çağırıb

Ermənistanın ombudsmanı Karen Andreasyan BMT-nin insane hüquqları üzrə ali komissarı Navi Pilleyə yazdığı məktubda Ermənistan vətəndaşlarının Azərbaycanda işgəncələrə məruz qalması və öldürülməsi ilə bağlı dərin narahatlığını bildirib. Hüquq müdafiəçisi xüsusilə avsqustun 7-də Azərbaycan tərəfinin əsri götürdüyü Ermənistan vətəndaşı Karen Petrosyanın ertəsi gün dünyasını dəyişməsinə toxunub.

“Azərbaycan tərəfi açıq-aydın psixoloji problemləri olan Petrosyanı alçaldıb və ona işgəncə verib. O “diversant” kimi təqdim edilib. Sonra isə Petrosyanın qəfil “ürək çatışmazlığından” dünyasını dəyişməsi bəyanatı səslənib. Petrosyanın tibbi kartı isə onun tamamilə sağlam olduğunu göstərir. 17 gün keçməsinə baxmayaraq, Karen Petrosyanın cəsədi Ermənistana təhvil verilməyib. Əsaslı şübhələrim və qorxularım var ki, cəsədin təhvil verilməsinin uzadılması zorakılıq izlərini gizlətmək üçün edilir”, - o bildirir.

Ombusdmanın da qeyd etdiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu günə kimi Karen Petrosyanın ölümü ilə əlaqədar rəsmi mövqe bildirməyib.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur