cumhuriyyet.info

AZƏRBAYCAN SEÇİM QARŞISINDADIR

  • 26-08-2014, 12:11
  • 1039
  • 0
AZƏRBAYCAN SEÇİM QARŞISINDADIR EXO KAVKAZA
ALEKSANDR KASATKİN

Azərbaycanın MDB üzrə iki aparıcı tərəfdaşı – Rusiya və Ukrayna ilə əmtəə dövriyyəsi cari ilin yeddi ayının yekunlarına əsasən azalıb. Dövriyyənin nəzərə çarpacaq dərəcədə azalmasının səbəbi kimi Ukraynada siyasi böhran və hərbi əməliyyatlar göstərilir. Eyni zamanda Azərbaycan Rusiyanın ABŞ və AB ölkələrinin idxalına embarqo tətbiq edilən məhsullarının əvəzinə meyvə və tərəvəz alacağı ölkələr siyahısındadır. Xəzər bölgəsinin Siyasi Tədqiqatlar Fondunun prezidenti Vəfa Quluzadə mövzunu davam etdirir.

Vəfa Quluzadə: Ukrayna hadisələrindən əvvəl Azərbaycanın xarici siyasəti bir çox ekspertlər tərəfindən Rusiya və Qərb arasında balans siyasəti kimi səciyyələndirilirdi. Yəni Azərbaycan müstəqil siyasət yürüdür, öz milli maraqlarına uyğun şəkildə həm Qərbdən, həm Rusiyadan istifadə edir, eyni zamanda öz milli maraqlarından keçməmək üçün nə Rusiyaya, nə Qərbə güzəştə gedir. Lakin Ukrayna hadisələrindən sonra vəziyyət xeyli çətinləşib. Azərbaycan seçim qarşısındadır. Çünki balanslı siyasət yürütmək hazırda çox çətindir.

Qərbi Azərbaycan qazı, enerji resursları və türkmən qazı üçün tranzit imkanları maraqlandırır. Düzdür, bu Azərbaycan üçün böyük çağırışdır. Bir tərəfdən Avropanın resurslarımıza ehtiyacı olması bizim üçün çox sərfəlidir. Digər tərəfdən, Azərbaycanın öz ərazisindən Avropa üçün enerji daşıyıcılarını keçirməklə Rusiyaya qarşı sanksiyalarda iştirak etməsi, əlbəttə, Rusiyanı razı salmayacaq. Bu baxımdan hər şey çox çətinləşib. Qərb Azərbaycandan birmənalı mövqe, Rusiya isə ölkənin Avrasiya İqtisadi İttifaqına daxil olmasını tələb edir. Hazırkı vəziyyət bundan ibarətdir.

Hazırkı vəziyyət həm də ona görə çətindir ki, bizə konkret seçim etməkdənsə, balanslı siyasət yürütmək daha rahat idi. Çünki bu baxımdan Avropa ilə işləsək, onun bizim təhlükəsizliyimizə necə zəmanət verəcəyi məlum deyil. Digər tərəfdən, Rusiya Azərbaycana təzyiq göstərir ki, ölkə ya Avrasiya ittifaqına daxil olsun, ya da Azərbaycan Avropanı qaz təmin etmək üçün öz ərazisindən istifadə etməyə icazə verməsin. Ən son Soçidə görüş baş tutdu. Belə hesab edirəm ki, bu görüş Putinin Ermənistan prezidenti ilə deyil, Azərbaycan prezidenti ilə danışmaq istəyinə görə baş tutmuşdu. Soçidəki görüş avqustun 8-9-da keçirildi və bu görüşdə faktiki olaraq Qarabağ məsələsinə toxunulmadı, bu problemlə bağlı heç bir irəliləyiş əldə olunmadı. Bəs nə müzakirə edildi? Düşünürəm ki, Azərbaycanın Rusiyaya iqtisadi yardımı müzakirə edilib. Yəni Rusiyanın hazırda qida məhsullarına, kənd təsərrüfatı mallarına ehtiyacı var. Putin ilə görüşdən sonra bütün bunlar Azərbaycandan Moskvaya aparıldı. Rusiya yaşıl işıq verdi, Azərbaycan dab u məhsulları Rusiyaya göndərdi.

Bizi nə gözləyir? Bizi Xəzəryanı region ölkələrinin sentyabrda Moskvada görüşü gözləyir. Düşünürəm ki, bu Rusiyanın öz şərtlərini qoyacağı ciddi sammit olacaq.

Rusiya Xəzər dənizinin səthini nəzarətdə saxlamalıdır. Xəzər dənizinin səthinin ümumi olması və sərhədlərinin olmaması ilə bağlı razılıq əldə edilsə, onda Rusiyanın Astraxan donanması istənilən dövlətin – Qazaxıstan, Azərbaycan, Türkmənistan – akvatoriyasına rahatca girə biləcək. Bu bizə sərf etmir. Digər tərəfdən, suyun qalınlığı ilə bağlı da təzyiqlər olacaq. O baxımdan ki, türkmən qazının Xəzərin dibi ilə Azərbaycandan keçməyi və ya qazax neftinin Aktau-Bakı boru kəməri ilə keçməklə Bakı-Ceyhan boru kəmərinə qoşulması Rusiyanın maraqları daxilində deyil. Ona görə ətraf mühitin çirkləndirilməsi ilə bağlı konsensus yaradılacaq ki, Rusiya istənilən layihəyə veto qoya bilsin.

Prinsipcə, Rusiya Xəzər dənizində hökmranlıq və Avropanı enerji ilə təchizatda monopoliyasını qoruyub saxlamaq uğrunda mübarizə aparır. Rusiya istəmir ki, Avropanın Rusiya asılılığına son qoyulsun. Və burada çox şey, bizdən, xüsusilə Azərbaycandan asılıdır. Azərbaycan seçim etməlidir, o isə seçim etməyə tələsmir.

Hazırda Azərbaycana təzyiq Ermənistan ilə təmas xəttində atəşkəsin pozulması ilə həyata keçirilir. Təmas xəttində atəşkəsin pozulması elə Putin ilə görüşdən qabaq baş vermişdi. Bu da Putinin prezidentləri guya barışıq missiyası üçün görüşə dəvət etməsinə səbəb oldu.

cumhuriyyet.info

Orijinalı linkdə
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur