cumhuriyyet.info

DÜNYA MƏTBUATI: AZƏRBAYCANLI JURNALİST VƏHŞİCƏSİNƏ DÖYÜLÜB

  • 25-08-2014, 19:16
  • 984
  • 0
DÜNYA MƏTBUATI: AZƏRBAYCANLI JURNALİST VƏHŞİCƏSİNƏ DÖYÜLÜB rferl.org – Azərbaycanlı jurnalist, hüquq müdafiəçisi vəhşicəsinə döyülüb

Avqustun 21-də bir qrup naməlum şəxs Naxçıvanda Demokratiyanın İnkişaf Mərkəzinə hücum edib.

Hücum edən şəxslər mərkəzin əməkdaşı İlqar Nəsibovu vəhşicəsinə döyüb və ofisi dağıdıb.

İlqar Nəsibov hazırda xəstəxanadadır. Onun baş və sifət nahiyyəsinə çoxsaylı tikişlər qoyulub. Bədəni və sifəti qan içindədir. Çoxsaylı qançıqları var. İndiki anda baş nahiyyəsini müayinədən keçirirlər. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyyəsində almacıq sümükləri iki tərəfdən sınıb, beyin sümüyündə çatlar var.

Hücumun səbəbi bəlli deyil. Amma böyük ehtimalla söyləmək olar ki, bu hadisə Azərbaycanda son dövr vətəndaş cəmiyyətinə başlanılan repressiv kampaniyanın tərkib hissəsidir.

Prokurorluq və polis orqanları araşdırmaya başlayıb.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç İlqar Nəsibovun vəhşicəsinə döyülməsi ilə bağlı qəzəbini bildirib.

“Azərbaycan hakimiyyətini Nəsibova bu dəhşətli hücumu tam və müstəqil şəkildə araşdırmağa və təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram”, deyə Miyatoviç bildirib.

“Bu cinayət ifadə və mətbuat azadlığının səmərəsini tamamilə dondurur və jurnalistlərə qarşı yeni cinayətlərə səbəb ola bilər”, deyə o qeyd edib.

dunyabulteni.net – Azərbaycandan Ermənistana girov dəyişdirmə təklifi

Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistanla əsir və cəsəd dəyişdirməyi təklif edib.

Ermənistan tərəfi bu təklifi rədd edib və sadəcə cəsədlərin dəyişdirilməsini qəbul edib. Həsənov isə Azərbaycanın sadəcə cəsədlərin deyil, əsirlərin də dəyişdirilməsində israrcı olacağını söyləyib. Buna cavab olaraq, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artstun Ovanisyan bildirib: “Biz Bakı ilə alış-veriş etmirik”.

Ovannisyan qeyd edir ki, Azərbaycanın təklifi inandırıcı deyil.


memleket.com.tr – Azərbaycan və İran arasında neft memorandumu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPKO) rəhbərliyinin dəvəti ilə bu il avqustun 18-dən 20-dək İran İslam Respublikasında səfərdə olub.

X.Yusifzadənin İranın neft nazirinin birinci müavini, İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi, İranın neft nazirinin beynəlxalq məsələlər və ticarət üzrə müavini Əli Məcidi və İran Milli Qaz Şirkəti baş direktorunun beynəlxalq məsələlər üzrə müavini, şirkətin qaz ixracı üzrə idarə heyətinin sədri Əzizulla Ramazani ilə görüşüb.

ARDNŞ-nin nümayəndə heyəti Tehranda elmi tədqiqat neft sənayesi institutuna da dəvət edilib, burada iranlı alimlərin neft-qaz və nanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olub.

Azərbaycan neftçilərinin iranlı həmkarları ilə görüş və danışıqlarının sonunda qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur