cumhuriyyet.info

PLANETİN NƏHƏNG PROBLEMLƏRİ BARƏDƏ 10 ƏSAS SUAL

  • 1-09-2014, 15:44
  • 14488
  • 0
PLANETİN NƏHƏNG PROBLEMLƏRİ BARƏDƏ 10 ƏSAS SUAL FOREIGN POLICY
STEPHEN M. WALT

Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Stiven M. Uolt “Foreign Policy” jurnalının səhifələrində yazdığına əsasən O, “beynəlxalq siyasət üzrə düşündürücü məsələlərin onluğunu” hazırlayıb.

1. "Ukraynada razılaşma əldə olunacaqmı?" S.Uolt yazır: "Ukraynadakı böhran – Analitika və diplomatiya sahələrində nəhəng uğursuzluqdur". Onun fikrincə, mövcud böhranın yaranmasında əsas rollardan birini Birləşmiş Ştatlar və Qərb “mahiyyət etibarilə, rus liderlərinin Ukraynanın qərb tərəfindən inkorporasiya edilməsi cəhdi kimi dəyərləndirdiyi fakta Rusiyanın güclü və energetik reaksiyasını nəzərə almamaqla əsas rol oynayıb".

Birləşmiş Ştatlar və tərəfdaşları adi bir ssenariyə uyğun davranaraq, Moskvadan güzəştə getməsini gözləyir və yeni sanksiyalar cücərdir. "Təəssüf ki, bu konsepsiyada Rusiyanın onunla həmsərhəd olmayan ərazilərə görə narahatlıq keçirməsi üçün tutarlı əsaslarının olması qeyd edilmir, əllərdə isə hələ də oynanılması mümkün olan kartlar mövcuddur", - deyə, müəllif yazır. Bu arada, sanksiyalar Avropa iqtisadiyyatına heç cür kömək edə bilmir, Ukraynanın özündə isə vəziyyət getdikcə daha da gərginləşir.

Müəllif belə bir sual qoyur, "Kiminsə real diplomatiya ilə ciddi şəkildə məşğul olması və Vladimir Putinə onun imtina etməsi mümkünsüz olan bir təklif etməsi nə dərəcədə real görünür?". Onun qənaətinə görə, Ukraynanın müstəqil və neytral bufer dövləti olması və NATO-ya üzv qəbul edilməməsilə bağlı razılığa gəlmək lazımdır: "Öncəki anlaşma layihələrində bu əsas hissəciyin olmaması səbəbindən, onlar mövcud böhranı həll edə bilməyəcək.

Mümkündür ki, Ukraynanın "finlandiyalaşması" – ideal çıxış yolu deyil, amma bu, ölkənin məhv olmasından daha yaxşıdır.

2. "İsrail və Fələstində kimsə başqa bir üsulu nə zaman sınaqdan keçirəcək?" “Naharatlıq doğuran tendensiyaların olması aşkar görünməkdədir, amma nə İsrail, nə “Həmas”, nə Fələstin Muxtariyyəti, nə də Birləşmiş Ştatlar öz mövqelərinə yenidən baxmaq iqtidarında deyil”.

3. "Avropa nə zamansa özünü toplaya biləcəkmi?" – məqalə müəllifi fikirlərinə belə davam edir. Bir il öncə optimizm partlayışı müşahidə olunurdu, hazırda isə fransız iqtisadiyyatında ciddi problemlər var və hətta, ötən dövr ərzində Almaniya iqtisadiyyatında da azalma müşahidə olunub. "Şotlandiyanın Birləşmiş Krallıq tərkibindəki statusu və müvafiq olaraq İngiltərənin Avropa İttifaqındakı üzvlüyü də şübhə altındadır", bu fikirlər də haqqında bəhs olunan məqalədəndir. Avropanın öz vahidlik hissini qoruyub-saxlaya, iqtisadiyyatının inkişaf səviyyəsini yüksəldə biləcəyi və “geosiyasi önəmsizlikdən” yayına bilib-bilməyəcəyi aydın deyil.

4. “Böyük Yaxın Şərqin” dövlət sərhədləri hansı hissələrdən müəyyən olunacaq? Stiven M. Uoltun qənaətincə, bir neçə il sonra Liviya süquta uğraya bilər, Suriya və İraqın yerində isə aləvi dövləti, Suriyanın şərqi və İraqın qərbində radikal sünni icmaları, eləcə də gerçək müstəqil Kürdüstan dövləti yaranacaq. İsraili 1967-ci ildəki sərhədləri daxilində İordan çayının qərb sahilindən ayıran "Yaşıl xətt" də öz əhəmiyyətini daha da itirməkdədir, amma gələcək "Böyük İsrail" fələstinlilərin vətəndaş hüquqları uğrunda mübarizəsinin katalizatoru ola bilərdi.

5. Stiven M. Uolt daha bir maraqlı məsələyə toxunur və bir suala da cavab axtarmağa çalışır, "Şərqi Asiyada stabil tarazlıq bərqərar olacaqmı?" Müəllif Çinin Şərqi Çin və Cənubi Çin dənilərindəki ərazilərə iddia etməsinin narahatlıq doğurduğu fikrini irəli sürür. Lakin, Vaşinqtonun başı davamlı olaraq digər regionlarda baş verən hadisələrə qarışıb. Müəllifin təbirincə desək, 2016-cı ildə Şərqi Asiyadakı mübahisələr indi olduğundan daha kəskin xarakter alacaq.

6. "İranın nüvə proqramı üzrə razılaşma əldə olunacaqmı?" Xoş bir xəbər var: İŞİD-in meydana gəlməsi İran və Birləşmiş Ştatlara əməkdaşlıq üçün daha bir səbəb yaratmış oldu. Lakin, pis xəbər də var: "Hər iki tərəfin ortaya qoyduğu mövqelər arasındakı fikir ayrılıqları öz önəmini hələ də qorumaqdadır”. Bu arada, Barak Obama “axsaq ördəyə” çevrilməkdədir və razılaşma əleyhdarlarına yalnız uyğun bir zamanı gözləmək qalır.

7. "Əfqanıstan nəyə doğru gedir?" Stiven M. Uolt maraqlı bir faktı vurğulayır: "12 ildən artıqdır səylər göstərilməsi və milyardlarla dollar sərf olunmasına rəğmən, Əfqanıstandakı daxili siyasi vəziyyət hər zaman olduğu kimi, yenə də “ölüdür”.

O, hesab edir ki, əsas məsələ bundan ibarətdir: ABŞ və NATO-nun ölkəni tərk etməsilə vəziyyət nə dərəcədə pisləşəcək? Və Əfqanıstanda vəziyyətin daha da gərginləşəcəyi təqdirdə ABŞ ora geri dönmək tələblərinə əməl edəcəkmi? "Yəqin ki, yox, amma mən daha öncə də fikirlərimdə səhvə yol vermişəm".

8. "Barak Obamanın klimatik ittihamlar sahəsindəki tələsi işə yarayacaqmı?" Bəzi məlumatlara görə, B.Obama Administrasiyası istixana qazlarının xaric edilməsilə bağlı könüllü riayət edilməsi nəzərdə tutulan və ABŞ Senatında ratifikasiyası tələb olunmayan “qlobal razılaşma” hazırlayır. Lakin, könüllülük prinsi işə yarayacaqmı və hətta, respublikaçıların çoxluğa yiyələnəcəyi təqdirdə belə bir qanun senatdan keçəcəkmi?

9. "ABŞ və onun bu məsələdə maraqlı olan digər tərəfdaşları “Əl-Qaidə”, İŞİD və digərlərinin təcrübədən keçirdiyi bu cür “zorakı eksremizmə” qarşı daha effektiv yanaşma sərgiləyəcəkmi? Lakin, burada da müəllif yazır ki, “Terrorçuların pilotsuz təyyarələr vasitəsilə məhv edilməsi işə yaramayıb. Səddam və Qəddafi kimi tiranların devrilməsi öncədən proqnozlaşdırılması mümkün olmayan nəticələrə gətirib-çıxarır, İraq və Əfqanıstana qoşunların yeridilməsi – yalnış insanların başqalarının işinə qarışması barədə cihadçı təbliğatın növbəti dəfə təsdiq olunmasıdır.

10. "Qərb demokratiyaları "nəzarət dövlətlərini" devirməyə müvəffəq olacaqmı?" Keçmişdə azadlıqların məhdudlaşdırılması və senzura fövqəladə vəziyyətlər dövründə demokratik ölkələrdə də təcrübədən keçirilir və təhlükənin aradan qalxdığı an ləğv edilirdi. Biz bu gün kursun oxşar korreksiyasına ümid edə bilərikmi?

cumhuriyyet.info

Orijinalı linkdə
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur