cumhuriyyet.info

Hakim 600 min manatı mənimsəməkdə ittiham olunur

  • 23-08-2014, 14:24
  • 825
  • 0
Hakim 600 min manatı mənimsəməkdə ittiham olunur Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevə qarşı «külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə» və «rüşvət vermə» maddəsi ilə ittiham irəli sürülüb.

Bu barədə apa-ya keçmiş hakimin vəkili Adəm Məmmədov məlumat verib.

Bir müddət əvvəl mətbuatda Həsən Əliyevin Rusiyadan gəlmiş işadamı Ramazan Səlimovu aldadaraq 600 min manat pulunu mənimsədiyi barədə məlumat yayılıb.

Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı işadamı Elman Məmmədova müraciət edib. O da onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də işə düzəltmək adı ilə ondan 600 min manat alıb. Lakin sonradan pulu qaytarmayıb.

Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və Elman Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur