cumhuriyyet.info

REAL Hərəkatı Bəyanatla Çıxış Edib

  • 9-12-2013, 02:32
  • 592
  • 0
REAL Hərəkatı Bəyanatla Çıxış Edib Respublikaçı Alternativ Hərəkatı hazırda Ukrayna xalqının Avrointeqrasiya uğrunda nümayiş etdirdiyi mübarizəni alqışlayır, öz həmrəylik və dəstəyini ifadə edir.

Baş verən prosesləri yaxından izləyən REAL Hərəkatı bəyan edir ki, Hərəkatın birmənalı mövqeyi Respublikamızın real şəkildə Avropaya inteqrasiya etməsindən ibarətdir. REAL Hərəkatı bəyan edir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı, NATO və Avropa Birliyinə üzvlüyü Hərəkat üçün prioritetdir və bunun istənilən alternativi Azərbaycanın müstəqil, güclü və işıqlı gələcəyi üçün təhlükədir.

10 dekabr Ümumdünya İnsan Haqları Gününü ərəfəsində REAL hərəkatı bəyan edir ki, Avrointeqrasiya prosesinin əsas elementlərindən biri olan insan hüquq və azadlıqlarına hörmət və demokratik təsisatların gücləndirilməsi istiqamətində ciddi problemlər mövcuddur və bunun məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir.

REAL Hərəkatı Azərbaycanın Avroatlantik məkana inteqrasiyası istiqamətində fəaliyyətini bundan sonrakı dövrdə də davam etdirəcək.
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur