cumhuriyyet.info

R.Usubov Ziyalılar Birliyinin sədrini məhkəməyə verib

  • 27-08-2014, 14:34
  • 1664
  • 0
R.Usubov Ziyalılar Birliyinin sədrini məhkəməyə verib DİN rəhbəri Ramil Usubov Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü, rejissor Eldəniz Quliyevi məhkəməyə verib.

Nəsimi Rayon Məhkəməsində qaldırılan iddiada E.Quliyevin CM-in 147 (təhqir) və 148-ci (böhtan) maddələri ilə məsuliyyətə cəlb olunması tələb edilir.

DİN mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov bildirib ki, Eldəniz Quliyev yol polisi əməkdaşının hərəkətindən DİN rəhbərliyinə şikayət edib.

Şikayət KİV vasitəsilə edilib və bu zaman “Azərbaycan polisinin şərəfi, ləyaqəti təhqir edilib, işğüzar imicinə xələl gətirilib”.

Çoxsaylı polis əməkdaşları DİN rəhbərliyinə müraciət edərək E.Quliyevin məhkəməyə verilməsini və cəzalandırılmasını tələb ediblər.

E.Quliyev Turan-ın müxbiri ilə söhbətində polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı iddiaların əsassız olduğunu bildirib.

O deyib ki, yol polisi əməkdaşlarının heç bir səbəb olmadan sürücüləri saxladığının və pozuntu haqda protokol tərtib etdiklərinin şahidi olub. Bütün bunlar ətrafdakıların gülüşünə səbəb olub.

Bununla əlaqədar E.Quliyev Facebook səhifəsində yazdığı statusda DİN rəhbərini bu cür halların aradan qaldırılmasına çağırıb və KİV də bunu dərc edib.

“Mən yalnız onu qeyd etmişəm ki, texniki vasitələrlə, sürətli avtomobillərlə, müasir forma ilə yaxşı təchiz edilmiş polis əməkdaşları müvafiq mədəni səviyyəyə və etik davranışa malik olmalıdır.

Mən bütün polisləri təhqir etməmişəm. Polis əməkdaşlarının çoxu vicdanlıdır və öz işini peşəkarcasına yerinə yetirir, Azərbaycanın əarzi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib”, - E.Quliyev vurğulayıb.

O hesab edir ki, çox güman ki, iddia siyasi motivlərlə qaldırılıb. Onu ictimai fəaliyyəti ilə əlaqədar susdurmaq istəyirlər.

Qeyd edk ki, həmin maddələr üzrə E.Quliyevi üç ilədək azadlıqdan məhrumolunma cəzası gözləyə bilər.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur