cumhuriyyet.info

İntiqam Əliyevin hüquqları pozulur

  • 26-08-2014, 15:46
  • 1163
  • 0
İntiqam Əliyevin hüquqları pozulur 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyevin vəkil Anar Qasımlı ilə yazışmalarının məxfiliyi pozulur.

Vəkil Turan-a bildirib ki, İ.Əliyevin saxlanma şəraiti ilə bağlı problem yoxdur. Lakin onun müdafiə hüquqlarının həyata keçirilməsi üçün bürokratik əngəllər yaradılır.

Belə ki, İ.Əliyevin müdafiəsinin təşkili ilə bağlı hazırladığı qeydlər vəkillə görüşdən öncə ondan alınır və geri qaytarılmır. Bu, həbsdə olan şəxsin vəkili ilə ünsiyyətini və onun effektiv müdafiə hüququnu pozur.

İ.Əliyevin hüquqlarının pozulmasına digər nümunə kimi vəkil “Hüquqi Maarifləndirmə Cəmiyyəti”nin ofisində axtarış zamanı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmək üçün hazırlanan materialların götürülməsini göstərib.

Bundan əlavə, AİHM-nin icraatında olan 2010-cu il parlament seçkiləri üzrə şikayətlərlə bağlı 40 iş götürüüb. Mülki və siyasi hüquqlarn pozulması faktları üzrə Strasburq məhkəməsinə göndərilən 100 iş götürülüb.

Bu materialların İ.Əliyevə qarşı irəli sürülən ittihamlara heç bir aidiyyatı yoxdur.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi Baş Prokurorluğa müraciət edərək sənədlərin qaytarılmasını xahiş edib. Lakin cavab yoxdur.

İ.Əliyev özü hesab edir ki, onun həbsində məqsəd Azərbaycan vətəndaşlarının Strasburq məhkəməsinə müraciətlərinə əngəl törətməkdir.

İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, qanunsuz sahibkarlıqda, vergidən yayınmaqda və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub.

Amnesty İnterntational hüquq-müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur