cumhuriyyet.info

M.Nəsibova: "Hakimiyyət cinayətin araşdırılmasından faktiki imtina edir" - YENİLƏNİB

  • 25-08-2014, 14:11
  • 871
  • 0
M.Nəsibova: "Hakimiyyət cinayətin araşdırılmasından faktiki imtina edir" - YENİLƏNİB Hüquq müdafiəçisi İlqar Nəsibovun vəhsiçısinə döyülməsindən üç gün keçsə də polis fakt üzrə cinayət işi qaldırmayıb. Bundan əlavə, indiyədək məhkəmə-tibbi ekspertiza keçirilməyib. Bunu Turan-a İ.Nəsibovun xanımı Məlahət Nəsibova bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları araşdırmanın nəticələri və cinayət işinin açılıb-açılmaması barədə məlumat vermirlər.

İ. Nəsibovun səhhətinə gəlincə, M.Nəsibova onun vəziyyətinin stabil ağır olduğunu bildirib. O, Naxçıvanda vəziyyəti nəzərə alaraq, təhlükəsizlik məqsədilə müalicənin evdə davam etdirilməsini vacib sayıb.

M. Nəsibova bu cinayətin araşdırılmasından hakimiyyətin faktiki olaraq imtina etməsi ilə bağlı hüquq- mühafizə orqanlarından şikayət edəcəyini də istisna etməyib.

ABŞ senatoru Ben Kardin İ.Nəsibovun döyülməsinə reaksiya verib. O, Facebook səhifəsində Azərbaycan hökumətini İ.Nəsibovun döyülməsi faktının hərtərəfli araşdırılmasına çağırıb.

“İlqar Nəsibov uzun illər jurnalist və hüquq müdafişçisi kimi çalışıb və biz onunlayıq”, - Kardin bildiirb.

Xatırladaq ki, Naxçıvan polisi bildirib ki, İ.Nəsibov vətəndaş Fərid Əsgərovla yaranan məişət münaqişəsi zəminində döyülüb.

M.Nəsibova bunun yalan olduğunu bildirib. Onun fikrincə, İlqara hücum hakimiyyətin onların rəhbərlik etdiyi Resurs Mərkəzinin fəaliyyətini məhv etmək məqsədilə qisas almasıdır.

Avqustun 21-də Naxçıvanda döyülən hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibov bu gün günün ikinci yarısında məhkəmə-tibbi ekspertizasından keçirilib.

Onun həyat yoldaşı, hüquq müdafiəçisiMəlahət Nəsibovanın Turan-a verdiyi məlumata görə, ekspertizadan gələnlər İ.Nəsibovun sınıqlarını, tikişlərini yazıblar.

“Mən müstəntiqdən soruşdum ki, araşdırmanın nəticəsi barədə nə zaman məlumat alacayıq, o, mənə dedi ki, araşdırmanın nəticəsi bir həftə sonra məlum olacaq”, deyə o,bildirib .

Bununla belə, Məlahət Nəsibova İlqar Nəsibovun tomoqrafiya nəticələrinin Beynəlxalq Sərhədsiz Həkimlər Təşkilatına da göndərildiyini deyib.

“Beyin silkələnməsinə görə İlqara tərpənmək olmaz. Ola bilsin, təşkilat Naxçıvana həkim göndərsin”.

Məlahət Nəsibova deyir ki, ABŞ-n Azərbaycandakı səfirliyi ona zəng edərək, məsələni izlədiklərini və nəzarətdə saxladıqlarını bildiriblər.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur