cumhuriyyet.info

"İlham Əliyev tənqidlərin nəticəsiz ötüşəcəyini düşünürsə, tam yanılır"

  • 23-08-2014, 13:58
  • 1058
  • 0
"İlham Əliyev tənqidlərin nəticəsiz ötüşəcəyini düşünürsə, tam yanılır" «Jurnalist İlqar Nəsibova dəhşətli fiziki hücum Azərbaycanda insan haqlarının vəziyyətinin sürətlə və köklü pisləşməsində sonuncu travmadır».

Azadlıq radiosunun verdiyi xəbərə görə, belə bir bəyanatla «Freedom House» insan hüquqları təşkilatının prezidenti David J. Kramer çıxış edib.

«Görünür, Azərbaycan hökuməti saxta ittihamlı həbslərlə, ya da avqustun 21-də Nəsibova qarşı olduğu kimi, döyməklə insan haqları fəallarını və hakimiyyət tənqidçilərini qorxuzmaqda israrlıdır. Dünyanın diqqəti başqa «qaynar nöqtə»lərə cəmləşdiyi bir vaxtda prezident İlham Əliyev tənqidlərin nəticəsiz ötüşəcəyini düşünürsə, tam yanılır».

D.Kramer-in fikrincə, «qorxulu və düşmən» mühitə İlham Əliyev və onun hökuməti cavabdehlik daşıyır:

«Birləşmiş Ştatlar və Avropa Birliyi bu dəhşətli hücumlara icazə verən və onları törədən rəsmilərə qarşı sanksiyaları nəzərdən keçirməlidir».

«Dünyada Azadlıq-2014» hesabatında Azərbaycan «qeyri-azad» ölkələr sırasında yer alır.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də İlqar Nəsibovun döyülməsinə münasibət bildirib.

«Naxçıvanda İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şoka düşdük. Ümid edirik ki, ədalətli araşdırma olacaq və cinayətkarlar cəzasını alacaq» - səfirliyin «facebook» səhifəsində deyilir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur