cumhuriyyet.info

Siyavuş Novruzov: "İlqar Məmmədov Nə Vaxt Prezidentliyə Namizəd Olub?"

  • 4-03-2014, 04:18
  • 1023
  • 0
Siyavuş Novruzov: "İlqar Məmmədov Nə Vaxt Prezidentliyə Namizəd Olub?" Milli Məclisin üzvü Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yahzılanlara etirazını bildirib.

“10 il əvvəl nə yazılıbsa, indi də hesabatda həmin şeylər təkrar olunub. Hesabatda Azərbaycanın işğal olunan əraziləri ilə bağlı bir fikir səsləndirilib, o da tamamilə qərəzli formadadır: “Orada qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazılmayıb ki, həmin ərazilər Ermənistan dövlətini himayə edənlərin gücü nəticəsində işğal altındadır. Digər tərəfdən, Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən yalan, böhtan, şər xarakterli məlumatların hamısı hesabatda dərc olunub. Bu cür ikili standartlarla məsələyə yanaşdıqda, başqa yerdə də başqa hadisələr baş verir. Çünki Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz. Çünki ölkəmizdə azad, ədalətli və şəffaf seçkilər keçirilib. Ancaq Ermənistanda prezidentliyə namizədliyini irəli sürən insana qarşı terror aktı törədildi".

YAP-ın üzvü sonra həbsdə olan Real Hərəkatının sədri İlqar Məmmədovla bağlı hesabatda yazılanlardan danışıb. "Hesabatda qeyd edirlər ki, prezidentliyə namizəd İlqar Məmmədov hənbsdədir. Yalanın böyüklüyünə bir baxın. İlqar Məmmədov həmin vaxt həbsxanada idi. O, nə vaxtdan prezidentliyə namizədliyini vermişdi?! Prezidentliyə namizəd olmaq üçün müəyyən statuslar mövcuddur. İlqar Məmmədovun hansı statusu var? Buna görə də hesabatda yer alan bütün fikirlər yalandır”.

Spiker Oqtay Əsədov isə deyib ki, həmin qurumlar Azərbaycanı sevmirlər: “Bəli, sevmirlər və neynəyək ki, bizi sevmirlər? Nə qədər problemlər həll olunsa da, yenə də ikinci bir məsələ ortaya çıxaracaqlar. Lakin onların qaldırdığı məsələ öz-özlüyündə həll olunacaq. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahidi olacaq ki, bu kimi problemlər yavaş-yavaş öz həllini tapacaq”.

Qeyd edək ki, İlqar Məmmədov MSK-nın 26 avqust tarixli qərarı ilə 9 oktyabr prezident seçkilərində iştirak etmək üçün avqustun 28-də imzatoplama kampaniyasına başladı. Lakin MSK onun imzalarının bir hissəsini tələblərə uyğun saymayaraq İlqar Məmmədovu təbliğat kampaniyasına buraxmadı.
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur