cumhuriyyet.info

Real Partiya Elan Olundu

  • 24-01-2014, 09:48
  • 963
  • 0
Real Partiya Elan Olundu Yanvarın 24-də Respublikaçı Alternativ Hərəkatı (REAL) keçirdiyi mətbuat konfransında partiyalaşma qərarını ictimaiyyətə elan edib. Konfransa hazırda həbsdə olan "REAL" sədri İlqar Məmmədov telefon vasitəsilə qoşulub. İlqar Məmmədov tədbir iştirakçılarını salamlayaraq hər kəsə gəldiyi üçün təşəkkür edib. O, partiyanın təsis qurultayına qatıla biləcəyinə ümidli olduğunu bildirib.

Konfransda çıxış edən İdarə Heyətinin üzvü Natiq Cəfərli Hərəkatın gələcək planları barədə məlumat verərək deyib ki, daha əvvəllər də partiyaya keçmək barədə mətbuata açıqlama verilmişdi, ancaq bu gün rəsmi qərar elan olundu: "Partiyanın təsis konfransı gələn ilə təsadüf edəcək. Biz parlament tipli partiya qurmaq niyyətindəyik. Partiyamızın yerli təşkilatları dairələrə uyğun formalaşdırılacaq və sırf seçkilərə hesablanmış bir struktur olacaq. Partiyanın ali orqanı qurultay olacaq və qurultayda 60 nəfərdən ibarət partiyanın Məclisi seçiləcək. Həmin Məclis həm partiya sədrini, həm də idarəetmə orqanlarını seçəcək. Sonra partiyanın təşəbbüs qrupu elan olunacaq və bu qrupun ilk iclası fevral ayında keçiriləcək. Qurultay keçirilənə qədər Təşkilat Komitəsi partiyaya aid bütün məsələləri həll edəcək".

N.Cəfərli qeyd edib ki, partiya 2015-ci il parlament seçkilərinə qatılacaq və 125 dairə üzrə namizədini irəli sürəcək. Partiyanın ilkin adı Respublikaçı Alternativ Partiyasıdır. Lakin sonradan yeni adlar üzərində dayannılacağı da istisna deyil.

Natiq Cəfərli onu da deyib ki, partiyanın təsis qurultayına qədər "REAL" Hərəkatı öz fəaliyyətini davam etdirəcək.

Hərəkatın İdarə Heyətinin üzvü Erkin Qədirli isə “REAL” Hərəkatının proqram sənədlərinin tezislərini açıqlayıb. O, proqramın 4 hissədən ibarət olduğunu deyib: "Birinci bölmə "Real Cümhuriyyət", ikinci "Real güvən", üçüncü, "Real insan", dördüncü bölmə isə "Real tərəqqi"dir. Parlament seçkilərinə qatılacağıq və əgər qazansaq, qarşıdakı 5 il ərzində ölkədə parlamentli respublikaya keçidi təmin edəcəyik. Prezidenti parlament seçəcək, deputatların sayı 200-ə qədər olacaq ki, bunların da 100-ü proporsional, 100-ü isə majoritar formada seçiləcək”.

E.Qədirli diqqət çəkən bir sıra məqamlardan da danışıb. Bildirib ki, hakimiyyətə gələcəkləri təqdirdə seçicilərin seçkiyə gəlib səs verməsini məcburi edəcəklər: "Əks təqdirdə cərimələnəcəklər. Müdafiə naziri mülki şəxs olacaq".

E.Qədirli eyni zamanda parlament seçkilərinə hansı formada qatılacaqlarını da açıqlayıb. O, seçkidə heç bir partiya ilə blok olaraq iştirak etməyəcəklərini deyib:
"Ola bilsin ki, müəyyən dairələrdə güzəştlər edilsin. Hökumətlə də hər zaman dialoqa hazırıq. Lakin bu, hökumətə "bizə müəyyən yer ayırın" formasında olmayacaq".
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur