cumhuriyyet.info

Amerikan cazibəsi: ABŞ-dakı işsizlik və əmək bazarı

  • 11-08-2014, 20:48
  • 1721
  • 0
Amerikan cazibəsi: ABŞ-dakı işsizlik və əmək bazarı EMİN ƏSGƏRSOY
İQTİSADÇI

Amerika Birləşmiş Ştatları institutlarının təbliğ etdiyi dəyərlərin və dünya üzərindəki vahid hegemonluq prinsiplərinin fonunda ABŞ hökumətlərinin müxtəlif istiqamətli manevrlərini daimi izləyən dünya sakinləri, əslində ABŞ iqtisadiyyatının durumu və onun daxili iqtisadi siyasəti fonunda hansı şəkildə genişləndirilməsi, hansı məhdudiyyətlərə məruz qalması prosesini böyük əksəriyyət diqqət mərkəzindən kənarda saxlayır. Və bu amerikan cazibəsinin beyinləri qarışdıran qüvvəsidir. Ötən əsrin 90-cı illərindəki aydın iqtisadi təmayül, immiqrant və xarici investisiya axını, istehsal gücünün dəfələrlə artması, işsizlik səviyyəsinin 4%-dək enməsi və daha sadalanmayan onlarla göstərici sürətli inkişaf edən yeni ABŞ iqtisadiyyatını formalaşdırdı. Hansı ki, iqtisadi ekspertlər və araşdırma mərkəzləri bu sürətli inkişaf fonunda işsizliyin gələcək onilliklərdə 2-3%-dək enəcəyini və maksimum 3.5%-dək artma ehtimalını irəli sürürdülər. Lakin ehtimallar özünü doğrultmadı və yeni eranın ilk onillyində ABŞ iqtisadiyyatı potensialından daha zəif nəticələr göstərdi. 2008-2010-cu illərin keçən onillik üçün ən zəif nəticələri buna bariz nümunədir. Hətta 2010-cu ildəki işsizliyin səviyyəsini ötən əsrin 1980-ci illərinin əvvəllərindəki rəqəmlərlə müqayisə etmək olar – təxminən 9%-ə yaxın. Amerikan cazibəsi: ABŞ-dakı işsizlik və əmək bazarı Keçən ilin ümumi nəticələri isə xüsusi qeyd olunmalıdır: işçi qüvvəsi artmayıb və əksinə bir saata düşən istehsal göstərciləri aşağı düşüb. Təsadüfi deyil ki, son illər ərzində BVF öz hesabatlarında ABŞ iqtisadiyyatının artım tempinin potensialını orta statistik olaraq 2%-dən artıq göstərməyib. Hətta bəzi mütəxəssislər bunun 1.7% civarında olduğunu göstərir.

Lakin bu göstəricilərin və miskin rəqəmlərin ABŞ iqtisadiyyatına təsiri və yaratdığı məhdudiyyətlər əhəmiyyətli səviyyədə deyil. Buna baxmayaraq diqqətlə müşahidə etsəniz, Dövlət Departamenti sözçülərinin, dövlət katibləri və prezidentin hesabat nitqlərində işsizlik və ona bağlı proseslərə xüsusi diqqət aydın nəzərə çarpır. Bir növ Amerika xalqının təminatı məsələsinin müvafiq idarəçilik sisteminə mütənasibliyi bu sahənin prioritet olmasını təmin edir. Qısamüddətli problemlərin həllinə yüksək tələb ABŞ Federal Rezerv Sistemini faiz dərəcələrini daima aşağı səviyyədə saxlamağa vadar edir. Lakin qısa müddətdə ABŞ iqtisadiyyatından ötən əsrin 90-cı illərindəki artım sürətini gözləmək sadəlövhlük olardı. Müqayisəli şəkildə qeyd etmək olar ki, o illərdə əmək qabiliyyətli əhalinin yaş göstəriciləri də 1.2% civarında artmışdı, hansı ki, bu göstərici 2014-ci ildə 0.4% təşkil edib. Ümumiyyətlə, digər varlı və aparıcı dünya ölkələri ilə müqayisədə ən yüksək ÜDM həcminə malik olan ABŞ (2013-cü il üçün dünya üzrə birinci), öz ÜDM həciminin çox az proporsiyasını işsiz əhalinin yenidən kvalifikasiyalaşdırılmasına və işlə təmin olunmasına ayırır. Doğrudur, bu təqaüd yaşının artmamasına və işsizlik sisteminin stabil şəkildə faliyyət göstərməsinə yardım edir. Lakin, yuxarıdakı ölkələrlə müqayisədə işsiz əhalinin iki dəfə artmasına gətirib çıxarır (Yuxarıdakı müqayisədə, digər aparıcı ölkələrə nisbətdə ABŞ-dakı ümumi əhali sayı, əmək qabiliyyətli resursların çoxluğu və təqaüd yaşı səviyyəsi mütləq nəzərə alınmalıdır). Sosial təminatlar məsələsində Avropa Birliyinin aparıcı ölkələrinin əmək bazarı təcrübəsi ABŞ-a nümunə ola bilər, ancaq ABŞ-ın öz işlək mexanizmi AB-dən geri qalırmı sualı mübahisə doğura bilər.

Son illər ərzində ən maraqlı statistikalardan biri məhz 2014-cü ilin iyun ayı üçün 288000 iş yerinin açılması olub. Bu ilin altı ayı üçün ümumi statsitika isə 1.4 milyon nəfər üçün iş yerinin açıldığını göstərir. Bəli, bu nəinki 2008-2009-cu illərin zəif nəticələrindən sonra ən cəlbedici rəqəmdir, hətta 2006-cı ilin ilk yarımilliyindən bu yana ilk yarımilliklər üzrə ən yüksək göstəricidir. Müvafiq olaraq son altı ilin ən yüksək nəticəsi də özlüyündə işsizliyin 6%-dək enməsini ehtiva edir. Iqtisadi təhlillər zamanı bu tip göstəricilər əslində iqtisadiyyatın yüksək sürətlə inkişafını xarakterizə edir. Ancaq bu o demək deyil ki, ABŞ iqtisadiyyatı ötən əsrin sonlarındakı sürəti yenidən bərpa edib. Əksinə, 2014-cü ilin ilk yarımilliyindəki bir sıra iqtisadi indekslərə nəzər saldıqda nəticə ürəkaçan deyil. Məsələn, ölkə üzrə ÜDM artıq keçən illə müqayisədə 2.9%-dək geriləyib. Beynəlxalq iqtisadi araşdırmalar mərkəzləri və ekspertlər bunu ABŞ-dakı yerli şərait və əsasən də iqlimlə əlaqələndirirlər. İkinci yarımillik üçün gözləntilər böyükdür və ümumiyyətlə ehtimal olunur ki, 2014-cü il iqtisadiyyatın yenidən canlanmasından bu yana ən yaxşı göstəricilərlə zəngin bir il olacaq.

Amerikan cazibəsi: ABŞ-dakı işsizlik və əmək bazarı ABŞ hökuməti öz xərclərini minimuma endirir və əvəzində vergiləri yüksəldir. Faiz dərəcələri kifayət qədər aşağıdır və bundan da aşağı düşməsi gözlənilmir. Bu, bazar üçün kifayət qədər məhdudiyyətlər yaradır. Məsələn, milli şirkətlərin əksəriyyəti vergilərin yüksək olması səbəbilə ofislərini ölkə xaricinə köçürür. “AbbVie”, “Walgreen”, “AON”, “Eaton”, “Noble”, “Weatherford İnternational”, “Transocean” kimi şirkətlər artıq bu təcrübəyə malikdirlər. Amerikan cazibəsi: ABŞ-dakı işsizlik və əmək bazarı Hətta dünyaca ünlü olan “Google”, “Apple”, “Microsoft” da bu vergi siyasətindən narazıdır və ən azı ölkə daxilində bir neçə ofisini daha az vergi ödəyə biləcəyi ştatlara köçürməyi planlaşdırır. Mütəxəssis rəylərinə nəzər saldıqda görürük ki, ABŞ hökümətinin vergiləri yumşaltması və yüksək vergi siyastindənsə ofşorlarla bağlı hüquqi bazaların təkmilləşdirilməsinə dair təkliflər daha çox nəzərə çarpır. Belə ki, böyük şirkətlərin çoxu Birləşmiş Krallıqdakı ofşorlara sığınır. Bu ərazinin həm vergilər, həm də iştirakçısı olduğu bazara yaxın olması baxımından şirkətlərin yerləşməsi üçün çox əla fürsətdir və onlar bu fürsəti lazımınca qiymətləndirirlər. Bu tip böyük işçi qüvvəsinə malik şirkətlərin fəaliyyəti əmək bazarına əlbəttə ki təsir edir. İş yerlərinin məhdudlaşdırılması, investisiyanın ölkə xaricinə axını ümumiyyətlə əmək bazarındakı vəziyyəti müəyyən mənada gərginləşdirir. Bununla yanaşı yuxarıda qeyd etdiyim göstəricilərin yüksəlməsi və sürətli inkişafı hələ də iki amildən daha çox asılıdır: hansı sayda işçi qüvvəsi var və onlar nə qədər istehsal gücünə malikdirlər. Bu da o deməkdir ki, amerikalıların həyat səviyyəsi onların istehsal gücündən asılı olacaq.

1990-cı illərdə ABŞ iqtisadiyyatı dünyada potensial inkişaf tempinə görə ən yüksək göstəricilərə malik idi - 3% və bu işçi qüvvəsinin bir ilə 1% artması sayəsində baş tutmuşdu. İndi isə istehsalat daha aşağıdır və işçi güvvəsi ümumiyyətlə artmır. Buna görə də öncəki yazımda da qeyd etdiyim kimi müxtəlif mənbələr iqtisadiyyatın artım tempini 1.7-2% civarında qiymətləndirir. Əslində bu pis göstərici deyil və real olaraq 1947-2007-ci illər aralığındakı inkişaf tempinin real göstəricisidir.

Nəzəri olaraq istisadiyyat sürətlə inkişaf etdikdə şirkətlər də kapital qoyuluşunu artırır, hansı ki bu da istahsal gücünü artırır. Bu isə özlüyündə iş gözləyən, ixtisar edilmiş və ya işdən çıxarılmış, hətta təhsillə pararlel olaraq işləmək qabiliyyəti olan insan resurslarının yenidən işə cəlb olunmasını təmin edir. Diqqətlə nəzər saldıqda proseslər təkrarlanır, çünki bu ötən əsrin 90-cı illərində baş verən proseslərlə eynilik təşkil edir. Lakin bu prosesin özündə də bundan öncəki onilliyə nəzər saldıqda fərqləri aşkar etmək olur. Məsələn, XXI əsrin ilk onilliyində işçi qüvvəsinin artması 0.8% nisbətində qiymətləndirilirdi. İkinci onillikdə isə ümumi rəqəm nisbətdə 0.3% artımla müşahidə olunur. Eyni zamanda ümumi müqayisə etsək XXI əsrin ilk onilliyi də XX əsrin 90-larındakı göstəricilərdən xeyli geri qalır.

Nümunə üçün qeyd edim ki, ən pis nəticə 2007-ci ildə əmək qabiliyyətli əhalinin və ya iş axtaranların 65.9%-dən 62.8%-dək enməsi olub. Lakin bu təbii səbəblərdən dolayı baş verib. Belə ki, 2008-ci ildə, vaxtilə sürətli iqtisadiyyatın “yaradıcı”ları olmuş şəxslərin təqaüd yaşına çatması “partlayış” həddinə çatıb və yuxarıdakı göstəricilərə öz təsirini göstərib. Hər halda bu, ABŞ rəsmilərinin yanaşmasıdır. Bəzi ekspertlər isə hesab edir ki, 2010-2030-cu illər ərzində əmək qabiliyyətli əhalinin sayı ümumi olaraq 0.3% artacaq. Yəni rəqəmin bu qədər kiçik bir səviyyədə olması yalnız təqaüd yaşına çatanların çox olması ilə deyil, həm də doğum sayının və immiqrant axınının azalması ilə səciyyələndirilir. Hazırkı hökumət bu barədə çoxdan düşünməyə başlayıb.

Mütəmadi olaraq məlumatları izləyən şəxslər hazırki nəticələrə nəzər saldıqda hökümətin yuxarıda sadalanan nəticələri bir il qabaq gözlədiyini təyin edə bilər. Lakin bir fikirdə hökumət və ekspertlər həmrəydirlər: əgər isizliyin səviyyəsi bu sürətlə aşağı ensə hər şey planlaşdırılandan daha sürətlə davam edəcək.
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur