cumhuriyyet.info

"BİZİM BU OYUNDA TUTA BİLƏCƏYİMİZ YEGANƏ TƏRƏF QƏRBDİR"

  • 28-08-2014, 10:54
  • 1347
  • 0
"BİZİM BU OYUNDA TUTA BİLƏCƏYİMİZ YEGANƏ TƏRƏF QƏRBDİR" AZƏR QASIMLI

Nəhayət Putin qərarını verdi. Daha əvvəl yazmışdım ki, Putinin Ukraynaya açıq şəkildə müdaxiləsinin ehtimalı 50%-dır və yaxın 2 həftə ərzində müdaxilə edib etməyəcəyi qərarını verməlidir. Minskdəki görüşmədən sonra Rusiya Donbasda hücuma keçib və Mariupola doğru irəliləyir. Məqsəd də Ukraynanın qara dəniz sahilini zəbt etməkdir.

Demək belə, Ukraynaya görə çox təəsüf edirəm təbii ki. Çünki Rusiya daha əvvəl Moldovada, Gürcüstanda və bizdə etdiklərini eyni senarilə Ukraynada davam etdirir. Hətta daha pis variantda, çünki məsələn Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Krımı öz ərazisi elan edib. Lakin proseslərin bu şəkildə cərəyan etməsi ümumən postsovet məkanında avrointeqrasiya proseslərini daha da sürətləndirəcək. Bundan sonra Qərbin Rusiyaya qarşı əl qolu açılacaq. ABŞ postsovet məkanında daha aktiv siyasət yürütməyə başlayacaq: 4-cü faza sanksiyaları qəbul ediləcək; Neft qiymətinin süni şəkildə düşürülməsi senarisi də mümkündür və ehtimal ediləndi; Slans qazının Avropaya ixracı sürətlənəcək; Polşada, Çexiyada və Baltik ölkələrdə daha əvvəl planlaşdırılan Raketlərə Qarşı Müdafiə sistemi yaradılacaq;

Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi prosesinə başlanılacaq; Ukraynaya hərbi yardım ediləcək; Və nəhayət ilk növbədə Azərbaycana, Ermənistana və paralel olaraq da Türkiyəyə təzyiqlər artacaq.

Bu yaxınlarda ABŞ dövlət katibi Con Kerri Ermənistana səfər etməlidir. Sizcə səfərin məqsədi nə ola bilər? Yeqanə məqsəd - Ermənistanın Rusiyadan ayrılmasıdır!

Ermənistan üçün bunu etmək çətin olacaq təbii ki. Amma bu prosesdə kim daha çevik tərpənsə irəlidə Qarabağ məsələsində daha əlverişli vəziyyətdə olacaq. Rusiya bizə Qarabağı geri verməyəcək, bu gün kimi aydındır. Ona görə də bizim bu oyunda tuta biləcəyimiz yeganə tərəf Rusiyanı çökdürmək qərarını verən Qərb, yəni daha güclü olan tərəfdir. Bu bizə irəlidə o cümlədən də Qarabağ məsələsində dividentlər qazandıracaq. Bir sözlə Əliyev hakimiyyəti qərar verməli olacaq: ya Qərb, ya Rusiya! Hər iki qərar hakimiyyət üçün ağrılı olacaq. Sadəcə ikincisi ölkəmiz üçün də fəlakət olar.
Facebook Gündəmi More
  • Paylaş:
  • fPaylaş
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur