cumhuriyyet.info

AZƏRBAYCANIN NATO ÜÇÜN ƏHƏMİYYƏTİ

  • 26-08-2014, 15:03
  • 1075
  • 0
AZƏRBAYCANIN NATO ÜÇÜN ƏHƏMİYYƏTİ CEYHUN NƏBİ

Azərbaycan böyük coğrafi və strateji əhəmiyyətə malik bir məkandır. Bu gün dünyanın geopalitik düzənini müəyyənləşdirən super güclər, öz plan və proqramlarında Azərbaycana xüsusi önəm verirlər.

Azərbaycan yerləşdiyi məkan həm Avropa ilə, həm Rusiya ilə, həmdə ki, yaxın Şərqin söz sahiblərindən biri olan İrana çıxış imkanları yaradır. Azərbaycanın yerləşdiyi bu məkan bundan yana çox əhəmiyyətli və cəlb edəndir. Buna uyğun olaraqda Azərbaycan NATO üçün hansı imkanları yaradır və nə dərəcədə əməkdaşlıq prespektivləri var bu müstəvidə təhlilər aparmaq istəyirəm.

NATO bildiyimiz kimi müasir dünyada mövcud olan, üzv olduqları dövlətlərin hərbi siyasi təhlükəsizliyini qoruya biləcək ən etibarlı və ən güclü hərbi-siyasi təhlükəsizlik ittifaqıdır.

Dünyada ən müasir, ən böyük silah sursat təchizatına və maliyyə büdcəsinə sahib hərbi qrumdur.

Ətrafında birləşdirdiyi dövlətlərlə müharibələri yox, sülh missyasını həyata keçirir. münaqişəli ərazilərdə sülhü bərpa edir, işğalçıları, insanlığa zidd əməllərin sahiblərini zərərsizləşdrir, sülh naminə həyata keçirilən hərbi əməliyyatları dəstəkləyir, NATO çərçivəsində və ondan kənarda.

NATO bu missyasında müəyyənləşdirdiyi proqram və digər yüksək əhəmiyyətli sənədlərində Azərbaycanın önəmini önə çəkir. Bunun əsas səbəb kimi İran və Rusiyanın sülhə təhdid rolunu oynaması, seperat meyllər yaradan, ona dəstəkçi qismində iştirak bu dövlətlərin əl qolunu bağlamaqdır. NATO regionu qorxu və təhdid altında regional güclərə qarşı öz hərbi bazalarını yerləşdirməklə regionun hərbi, siyasi və iqtisadi təhlükəsizliyini təminatında maraqlıdır.

Əlbəttə ki, Azərbaycan NATO-nun müəyyənləşdirdiyi tələb və şərtləri icra etdikdən sonra. NATO tək Qafqaz region yox, başqa qeyri-normal vəziyyətdə olan, ekstermal situasiyanın mövcud olduğu regionlarda təhlükəsizliyin təminatında Azərbaycanın rolunu artırır.

Əfqanıstan, İraq, Suriya və digər ölkələrin ərazisində sülhün bərpası üçün Azərbaycanın rolunu yüksək qiymətləndirir, oz genişlənmə planında Azərbaycanı ön yerlərdə görür.

NATO Azərbaycanda quracağı hərbi bazalar hesabına Qafqaz regionuda daxil olmaqla Yaxın Şərq, İran, İraq, Mərkəzi Asiya regionuna nəzarəti həyata keçirəcək.

Bundan NATO nə fayda görəcəksə onun 50 % -İ Azərbaycanın xeyrinə olacaq. Ən əsası isə Azərbaycan təhlükəsiz şəraitdə yaşayacağına əmin olacaq, ona qarşı təhdidlərin qarşısında NATO kimi hərbi-siyasi güc dayanacaq.

Necə ki, Pribaltika dövlətləri kimi, artıq Rusiya oraya girmək cəsarətinə sahib deyil.
Facebook Gündəmi More
  • Paylaş:
  • fPaylaş
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur