cumhuriyyet.info

ALİMLƏR TƏHLÜKƏLİ ASTEROİDLƏRİN İZLƏNİLMƏ SİSTEMİNİ İŞƏ SALIR

  • 25-08-2014, 14:08
  • 824
  • 0
ALİMLƏR TƏHLÜKƏLİ ASTEROİDLƏRİN İZLƏNİLMƏ SİSTEMİNİ İŞƏ SALIR “Atlas” sistemi Yer üçün potensial təhlükəsi olan asteroidləri izləyəcək

Alimlər Yer ilə toqquşa biləcək asteroid və kometəri izləməyə hazırlaşırlar, Pavel Sivokon “Korrespondent” jurnalının 32-ci sayında yazır.

2014-cü il noyabrında C/2013 A1 kometi Marsın yaxınlığından keçəcək, hətta ola bilsin ki, onunla toqquşacaq. Partlayış adi gözlə görünəcək – gücü onlarla meqatonna çatacaq, kraterin diametric isə təxminən 50 km. təşkil edəcək.

Belə göy cisimlərini astronomlar “ölkə qatilləri” adlandırırlar: hara düşürsə-düşsün, orta ölçülü ölkə məhv olacaq. Alimlər hələlik Marsla belə bir toqquşmanın olacağını dəqiq deyə bilmirlər, lakin artıq Yer ilə oxşar toqquşmalara hazırlaşırlar.

Vaşinqton universitetinin astronomu Erik Sternin fikrincə, son bir neçə il asteroidlər siyasətçilər və astronomlar tərəfindən bir balaca unudulub. Astronomiya və kosmonavtikanın maliyyələşdirilməsindəki ümumi böhran Yerə təhlükə yarada biləcək Günəş sistemində tədqiqatların populyarlığının aşağı düşməsinə gətirib çıxardı.

ABŞ kosmos büdcəsini azaltdı, orbitə çıxan inkişaf etməkdə olan ölkələr isə əsasən telekommunikasiya peyklərinin yaradılması ilə bağlı maliyyə sifarişləri ilə daha çox maraqlanır. Ona görə Yer ilə toqquşa biləcək obyektlərin tapılması sistemi çoxdan köhnəlib.

Lakin ABŞ indi göy cisimləri ilə toqquşmaları əvvəlcədən xəbərdarlıq edən “Atlas System”-in montaj işlərini bitirir. Bu system diametric 100 m. olan obyektləri toqquşmadan bir həftə öncə tapacaq və bu haqda xəbərdarlıq edəcək. 2015-ci ildə sistem tam gücü ilə işə düşəcək, hələlik həssaslığını yoxlamaq üçün C/2013 A1 kometi üstündə sınaqlar aparılır.

NASA-nın məlumatlarına əsasən, hazırda bəşəriyyət yaxın bir neçə il ərzində Yer ilə toqquşa biləcək obyektlərin təxminən 30%-ni izləyə bilir. Bununla yanaşı bir göy cisminin belə öyrənilməsi üçün ən azı 1-2 milyon dollar lazımdır. Yaxşı xəbər ondan ibarətdir ki, dimaetri 1 km. olan komet və asteroidlərin çox hissəsi öyrənilib.

“Hələlik onlar planetimizə təhlükə törətmirlər. Daha kiçik kosmik obyektlər isə real təhlükədir”, - “Space Situational Awareness Program” tədqiqat proqramının əməkdaşı Defler Koşnı deyir.

Hazırda Amerika və Avropa kosmik proqramları daha çox 2020-ci ilə kimi Marsa insane göndərmək, çoxistifadəli kosmik gəminin yaradılması, həmçinin uzaq kosmosun teleskoplar vasitəsilə öyrənilməsi məsələlərində maraqlıdırlar. Günəş sistemi və periodik olaraq bu sistemə daxil olan obyektlər onların maraq dairəsinə daxil deyil. Özəl fondlar da Yeri öz hesablarına toqquşmalardan qorumaq üçün can atmırlar.

Çelyabinskdə meteorit düşdükdən sonra NASA Havay adalarında reallaşdırılan komet və asteroidlərin monitorinq proqramını yenidən işə saldığını qeyd etdi.

“Atlas” sistemi üzərində işlər 2015-ci ilə kimi başa çatacaq. Ora Havay adalarındakı Manua-Loa vulkanında, 3 km. hündürlükdə yerləşən rəsədxana , eləcə də bir neçə tədqiqat peykləri daxil olacaq.

“”Atlas” layihəsində göy bir neçə sektora bölünəcək və Yerə yaxın cisimlərin hərəkəti izləniləcək”, - proqramın iştirakçılarından biri Dayn Stadler deyir.

Alimin sözlərinə görə, obyektin asteroid və ya komet olduğunu müəyyənləşdirməyin ən sadə üsulu hərəkətin şəklinin çəkilməsidir. Yeni teleskop göyün eyni sahəsinin şəklini yüksək sürətlə çəkəcək. Bununla da asteroidin yerdəyişməsi müəyyənləşəcək və onun orbiti hesablanacaq.

Layihə işə başlasa, 2020-ci ilə kimi bir çox asteroid və kometlər xəritəyə daxil ediləcək. Layihənin ümumi dəyəri 1 milyard dollar təşkil edəcək ki, bud a NASA büdcəsinin 17-də bir hissəsidir.

“Atlas” sistemi asteroid və kometlərin orbitlərindən çıxmasını öyrənmək istiqamətində ilk addım olacaq. Hələlik alimlər bunu yalnız nəzəriyyədə bacarırlar. Praktikada isə yalnız 20 km/san sürətilə hərəkət edən obyekti müəyyənləşdirə bilir, onunla nə etmək lazım gəldiyini isə bilmir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur