cumhuriyyet.info

Böyük Britaniyadan Rusiyanı çökdürmək təklifi

  • 30-08-2014, 17:00
  • 14544
  • 0
Böyük Britaniyadan Rusiyanı çökdürmək təklifi Britaniya Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalarla bərabərləşdirərək, daha da gücləndirməsini istəyir.

İngiltərənin təşəbbüsü ilə Avropa Birliyi Rusiyanın «SWIFT» Beynəlxalq Banklararası Mübadilə Sisteminə girişinə yasaq qoyulması məsələsini nəzərdən keçirə bilər. Devid Kemeron höküməti məsələni Avropa İttifaqının şənbə günü, avqustun 30-da keçiriləcək sammitinin gündəliyinə çıxarmaq niyyətindədir. Bu barədə «Bloomberg» İnformasiya Agentliyi İngiltərə hökümətindəki anonim mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, rəsmi London Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalarla bərabərləşdirərək, daha da gücləndirməsini istəyir.

Ekspertlərin fikrincə, Rusiyanın SWIFT sistemindən kənarda qalması öz-özlüyündə Ukrayna böhranına verilən reaksiya çərçivəsində sanksiyaların daha sərt eskalasiyasını ehtiva edəcək və çox güman ki, Moskvanın eyni dərəcədə kəskin cavab reaksiyası ilə qarşılanacaq. Bu addım əsas ticarət anlaşmalarının dondurulmasına səbəb olmasa da, Rusiyanın beynəlxalq bank fəaliyyətində ciddi problemlərlə qarşılaşmasına gətirib-çıxaracaq.

Mütəxəssislər hesab edir ki, qısamüddətli perspektivdə SWIFT sistemindən istifadənin məhdudlaşdırılması Rusiyanın maliyyə və kommersiya sektorunda hərcmərcliyin yaranmasına gətirib çıxaracaq. Lakin, uzun müddətli perspektivdən yanaşdıqda, Moskva Qərbin nəzarət etməkdə çətinlik çəkəcəyi digər beynəlxalq ödəniş sistemlərindən istifadə edəcək ki, tətbiq olunan sanksiyaların da onlara heç bir təsiri olmayacaq.

SWIFT (ing: Society for Worldwide Interbank Financial Telecommunications) — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyalarının Birliyidir. Təşkilatın özünün açıqladığı məlumata əsasən, 2014-cü ilin iyul ayında gün ərzində sözü gedən sistem vasitəsilə 21 milyondan çox maliyyə mübadiləsi əməliyyatı həyata keçirilib ki, bu da dünyanın 215 ölkəsində yerləşən 10500 maliyyə təsisatları arasında yerinə yetirilən ödəmə əməiyyatlarını əhatə edib. SWIFT sisteminin mərkəzi qərargahının Belçikada yerləşdiyi və bu ölkənin qanunvericiliyinə əsasən hüquqi qeydiyyatdan keçdiyi nəzərə alınarsa, qurum Avropa İttifaqının qərarını yerinə yetirməyə borcludur.

Xatırladaq ki, İngiltərə baş naziri və Avropa İttifaqının prezidenti beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiq göstərməyə çağırıb.

Bu arada, Birləşmiş Ştatlarda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyi barədə fikirlər səslənir.

Onu da qeyd edək ki, hələ iyul ayının sonunda Avropa İttifaqı və ABŞ Rusiya iqtisadiyyatının bir sıra sahələrinə qarşı sanksiyalar tətbiq etmiş, nəticədə Rusiya Birləşmiş Ştatlar, Avropa İttifaqı, Kanada, Avstraliya və Norveçdən ərzaq məhsullarının idxalını bir il müddətinə məhdudlaşdırmışdı. Haqqında bəhs olunan qadağalar mal, donuz və quş əti, kolbasa, balıq, meyvə-tərəvəz, süd və digər ərzaq məhsullarını əhatə edir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur