cumhuriyyet.info

Nazirlər Kabineti Ukraynanın blokdankənar statusunun ləğvi və NATO-ya üzvlük prosesinin bərpasına hazırlaşır

  • 30-08-2014, 11:15
  • 14264
  • 0
Nazirlər Kabineti Ukraynanın blokdankənar statusunun ləğvi və NATO-ya üzvlük prosesinin bərpasına hazırlaşır Hökumət Ukraynanın blokdankənar statusunun ləğvi və NATO-ya üzvlük kursunun bərpası haqqında qanun layihəsini Ali Radanın müzakirəsinə təqdim etməyə hazırlaşır. Bu barədə Ukrayna hökümətinin iclasında baş nazir Arseni Yatsenyuk məlumat verib.

A.Yatsenyukun sözlərinə görə, qanun layihəsində qeyd olunub ki, «Ukraynanın xarici siyasətdə əsas və vahid məqsədi Avropa Birliyinə üzvlük statusunun əldə edilməsidir».

Baş nazir daha sonra qeyd edib ki: «Mövcud qanun layihəsi Ukrayna dövlətinə ölkənin əsas məqsədi kimi qəbul edilmiş Avropa İttifaqına zidd istənilən digər iqtisadi, siyasi və hərbi birliklərə üzv olmaq haqqında qərar qəbul etməyi qadağan edir. Qanunun qəbulundan sonra, Ukrayna nə Gömrük, nə Avrasiya, nə də Rusiya Federasiyası adına Sovetlər İttifaqına bənzər «birliklərə» üzv ola bilməyəcək».

«Biz sözü gedən qanun layihəsinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən müəyyən edildiyi kimi, təxirəsalınmaz elan olunması xahişi ilə prezidentə və onun təcili müzakirəyə çıxarılması xahişi ilə Ali Radaya müraciət edirik» - deyə, A.Yatsenyuk qeyd edib.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur