cumhuriyyet.info

Ukraynadakı münaqişə - müharibədirmi? Qərbdə məsələyə bir qədər yumşaq yanaşmağa üstünlük verirlər

  • 29-08-2014, 16:52
  • 14230
  • 0
Ukraynadakı münaqişə - müharibədirmi? Qərbdə məsələyə bir qədər yumşaq yanaşmağa üstünlük verirlər «Bloomberg» Agentliyinin müxbiri Qreqori Viskuzi yazır: «Latviya və Litva hökümətlərinin nəzərində Rusiya Ukraynaya hücum edib və hazırda onunla müharibə vəziyyətindədir. Lakin, əgər bir qədər də irəli – Qərbə nəzər yetirsək, orada bunu necə adlandırmalı olduğu ilə bağlı tam əminlik mövcud deyil».

Məqalədə deyilir ki: «Hər kəsin müəyyən edilmiş həddi keçildiyini etiraf etməsinə rəğmən, hər kəs «təcavüzdən» danışmağa üstünlük verir» - ABŞ prezidenti Barak Obama ötən gün, avqustun 28-də «Ağ Ev»-dəki mətbuat konfransında fikirlərini məhz bu cür ifadə etmişdi. Bu arada, rus qoşunlarının hərəkətləri barəsində heç bir izahat vemədən, Fransa və Almaniya liderləri prezident Vladimir Putini növbəti sanksiyalarla hədələyib».

«Eurasia Group»-un rəhbəri İen Bremmerin fikrincə, ABŞ və Avropa Birliyi baş verənləri «müharibə» və ya «təcavüz» adlandıraraq, hələ atmağa hazır olmadıqları addımları nəzərdən keçirməli olacaqlar.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs özünün «Twitter» hesabı vasitəsilə məsələyə münasibət bildirərək, Rusiyanın addımlarını BMT Təhlükəsizlik Şurasının müzakirə mövzusu ola biləcək «müharibə» kimi dəyərləndirib. Öz növbəsində Litva Xarici İşlər Nazirliyi Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna ərazisinə daxil olmasını qəti şəkildə pislədiyini bəyan edib. Polşanın xarici işlər naziri Radoslav Sikorski yerli radiolardan birinin efirindəki çıxışı zamanı bəyan edib ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasını «bir sıra beynəlxalq razılaşmaların tələblərini pozduğunu» bəyan edib.

Məqalə müəllifi daha sonra qeyd edir ki, «Prezident Fransua Olland avqustun 28-də Parisdə etdiyi çıxışı zamanı rus qoşunlarının Ukrayna ərazisində olub-olmamasını dəqiqləşdirmədən, onların burada mövcudluğunun «qəbuledilməz» ola biləcəyini bəyan edib».

Senatorlar Con Makkeyn və Lindsi Qrem tərəfindən yayılan bəyanatda isə deyilir: «Rusiyanın Ukraynada davam etməkdə olan aqressiyasıın yalnız bir adı var – Trans-sərhəd hərbi müdaxiləsi. Bundan fərqli bir fikir irəli sürmək – Prezident V.Putinin «Orvell Kainatında» yaşamaq anlamına gəlir».

Karnegi Fondu Brüssel bölməsinin direktoru Yan Texay isə agentliyə açıqlamasına bunları deyib: «Yad əllərlə sürüklənən müharibə ilə adi savaş arasındakı sərhəd artıq keçilib. Lakin, Vladimir Putinin bunu inkar etməsi və Qərbin bu faktı isbatlamağa qadir olmaması səbəbindən, bunun heç bir önəmi yoxdur».

Nəşr daha sonra yazır: «Tallində yerləşən Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin analitiki Emmet Tuoxi hesab edir ki, Ən çox ehtimal olunan ssenari – rus qoşunlarından istifadə olunması ilə əsas strateji mövqelərdə yer alan separatçıların təchizatı və gücləndirilməsi məqsədilə məhdud nöqtəvi kampaniyanın aparılmasıdır. Ukrayna ilə genişmiqyaslı müharibə Rusiyanın maraqları çərçivəsində deyil və onun planlarına daxil edilməyib».

cumhuriyyet.info

Orijinalı linkdə
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur