cumhuriyyet.info

Ukrayna separatçılarla mübarizədə NATO-dan «konkret dəstək» tələb edir

  • 29-08-2014, 15:08
  • 14271
  • 0
Ukrayna separatçılarla mübarizədə NATO-dan «konkret dəstək» tələb edir «L`Express» jurnalı yazır: «Pyotr Poroşenko ilə Vladimir Putin arasında baş tutan görüş heç bir nəticə verməyib. Bu arada, rusmeylli üsyançılar Ukraynanın cənub-şərqində müvəffəqiyyət qazanmaqdadır. «NATO Ukraynadakı böhrana müdaxilə edəcəkmi? Vəziyyətin hansı məcrada inkişaf etməsindən asılı olmayaraq, rəsmi Kiyev məhz bunu arzulayır.

Ukraynanın baş naziri Arseni Yatsenyuk çərşənbə günü verdiyi açıqlamasında bildirib ki, Prezident Pyotr Poroşenko Ukraynanın şərqində rusmeylli separatçıların irəliləməsinə qarşı mübarizə aparmaq üçün yuxarıda haqqında bəhs olunan təşkilatdan «konkret dəstək» gözləyir». Bu məsələni Rusiya prezidenti Vladimir Putin və onun Ukraynadan olan həmkarı arasında keçirilən görüşdən sonra irəliləyişin olmaması kimi nəzərdən keçirmək olar. NATO-nun Pyotr Poroşenkonun da dəvət edildiyi növbəti samiti 4-5 sentyabr tarixləri arasında Uelsdə baş tutacaq».

Ukrayna prezidentinin müşaviri Valeri Çalıy isə mətbuata verdiyi açıqlamasında Ukrayna prezidentinin müharibədən sülhə doğru keçid etmək üçün lazım gələrsə, kiminlə olursa-olsun sutka ərzində 25 saat dayanmadan danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Pyotr Poroşenkonun haqqında bəhs etdiyi konkret dəstək məsələsinə gəlincə, bu sərhəd üzərində nəzarəti təmin etməlidir. O, həmçinin 2200 nəfərin ölümünə səbəb olan hərbi əməliyyatların dayandırılması üçün «yol xəritəsi» hazırlanmasının tərəfdarı olduğunu da qeyd edib.

NATO-nun baş katibi Anders Foq Rasmussenin bir qədər öncə verdiyi müsahibəsində bəyan etmişdi ki, növbəti həftəyədək Şimali Atlantika Alyansı bir neçə gün ərzində Şərqi Avropada əhəmiyyətli sayda hərbi qüvvələrin yerləşdiriməsi üzrə plan hazırlamalıdır.

Vladimir Putin rus hərbçilərinin hərbi əməliyyatlarda üsyançıların tərəfindən iştirak etdiyini təkzib edir. Rusiyanın dövlət başçısı bəyan edir ki, Ukrayna böhranı ukraynalıların özləri tərəfindən həll edilməlidir: «Rusiya olaraq, biz atəşin dayandırılması şərtləri, Kiyev ilə Donetsk və Luqansk arasındakı mümkün razılaşmaların əldə olunması barəsində heç bir fikir söyləyə bilmərik. Bu, Ukraynanın şəxsi işidir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur