cumhuriyyet.info

Barak Obama Ukrayna prezidentini «Ağ Ev»-ə dəvət edib – KİV

  • 29-08-2014, 12:56
  • 14331
  • 0
Barak Obama Ukrayna prezidentini «Ağ Ev»-ə dəvət edib – KİV Birləşmiş Ştatlar prezidenti Barak Obama Ukrayna prezidenti Pyotr Poroşenkonu sentyabr ayında «Ağ Evi» ziyarət etməyə dəvət edib.

Xarici mətbuatın məlumatına görə, bu barədə prezident «Ağ Ev»-də etdiyi çıxışında bildirib. Bu, andiçmə mərasimindən sonra P.Poroşenkonun ABŞ-a ilk səfəridir və Barak Obamanın sözlərinə görə, əsas olan Birləşmiş Ştatlarla Ukrayna arasında həmrəyliyin nümayiş etdirilməsidir.

Barak Obama öz çıxında Ukraynada zorakılığın artmasında Rusiyanı ittiham edib.

Onun sözlərinə görə, Rusiya qondarma «Donetsk Xalq Respublikası» və «Luqansk Xalq Respublikası» döyüşçülərinə təlim keçir, onları silahlandırır və maliyyələşdirir. O, həmçinin qeyd edib ki, bunu peyk vasitəsilə çəkilmiş və Rusiya Federasiyasının Ukrayna ərazisindəki qoşunlarının sayını müəyyənləşdirməkdə yardımçı olan fotoşəkillər də nümayiş etdirir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur