cumhuriyyet.info

Rusiya tankları Mariupol yaxınlığındadır

  • 29-08-2014, 12:25
  • 14246
  • 0
Rusiya tankları Mariupol yaxınlığındadır Rus hərbçiləri Ukraynanın dərinliklərinə doğru irəliləmək üçün Mariupol şəhəri yaxınlığında növbəti platsdarm hazırlayır.

Əcnəbi informasiya agentiklərinin məlumatına görə, şəhərdən bir neçə kilometrlik məsafədə təqribən, 60-a yaxın rus tankı görünüb. Hazırda ruslardan ibarət döyüşçü qrpuları Novoazovskdan Mariupol şəhərinə doğru istiqamətlənib. Onlar Ukrayna güc strkturlarının Bezimyannoe kəndi yaxınlığındakı blok-postunu minaatanlar vasitəsilə atəşə tutub. Kəşfiyyat məlumatlarına əsasən, ruslar bu kənddə möhkəmlənib və hazırda Rusiya hərbi qüvvələri Mariupol şəhərindən 20 kilometrlik məsafədə yerləşir.

Döyüşçülərdən biri deyir ki: «İstiqamətvericilərin mütəmadi olaraq düşmənin silahını bizə qarşı yönləndirməsi səbəbindən, davamlı olaraq mövqelərimizi dəyişmək məcburiyyətində qalırıq. Bir qədər əvvəl «Qrad» qrad qurğularını bizə qarşı yönləndirən istiqamətvericilərdən biri tərəfimizdən ələ keçirilib».

Digər həbçi isə vəziyyəti belə şərh edir: «Rusiya tərəfdən əraziyə 50 tank daxil olub, bizim əlimizdə isə 7 ədəd tank əleyhinə reaktiv qumbaraatan mövcuddur. Bununla yanaşı, bizdə «Muxa» VƏ 1962-ci ilin istehsalı olan «AKM» tipli avtomat silahlar var.

Ukrayna əsgərlərininin sözlərinə görə, onlara qarşı heç bir «özünümüdafiə qrupunun» üzvləri döyüşmür. «Burada söhbət birmənalı şəkildə rus işğalından gedir. Ötən gün rus bayraqları sancılmış və rus əsgərlərinin olduğu tankların Novoazovsk rayonuna daxil olması zamanı biz bunun bir daha şahidi olduq» - (sitatın sonu).

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur