cumhuriyyet.info

Vladimir Putin «Novorossiya» döyüşçülərinə müraciət edib – müraciətə cavab gecikməyib

  • 29-08-2014, 11:29
  • 1244
  • 0
Vladimir Putin «Novorossiya» döyüşçülərinə müraciət edib – müraciətə cavab gecikməyib Rusiya prezidenti Vladimir Putin qondarma «Novorossiya» döyüşçülərinə müraciət edib.

Avqustun 29-da Kremlin rəsmi internet səhifəsi vasitəsilə yayımlanan müraciətdə Rusiya lideri özünümüdafiə dəstələrini mühasirəyə düşmüş Ukrayna hərbçilərinə humanitar yardımın çatdırılması üçün müvafiq koridorun açılmasına çağırıb:

«Mən özünümüdafiə qüvvələrini əhəmiyyətsiz itkilərin qarşısının alınması və mühasirəyə düşmüş ukraynalı hərbçilərə humanitar yardımın çatdırılması məqsədilə humanitar koridorun açılmasına, onların öz ailələrilə birlikdə döyüşlərin getdiyi əraziləri maneəsiz tərk etməsinə, bu insanların valideynləri və həyat yoldaşlarına qovuşmasına, bütün bunlarla yanaşı hərbi əməliyyatlar zamanı yaralanan hərbi qulluqçulara tibbi yardımın göstərilməsinə şərait yaratmağa çağırıram» - Rusiya prezidentinin müraciətində belə deyilir.

Müraciətin mətnində Vladimir Putin Ukrayna hakimiyyətini hərbi əməliyyatları dayandırmağa, Donbass nümayəndələri ilə danışıqlar masası arxasına oturmağa və problemləri istisnasız olaraq sülh yolu ilə həll etməyə çağırır.

Prezidentin müraciətinə cavab gecikməyib

Hərbi əməliyyatlarda iştirak edən özünümüdafiə dəstələrinin komandanlığı Rusiya prezidentinin adından yayılmış müraciətə cavab verib. Onlar humanitar yardımların çatdırılması üçün müvafiq koridorun yalnız - Ukrayna hərbçilərinin silahı yerə qoyacaqları təqdirdə açıla biləcəyini bəyan edib:

«Biz Ukrayna hərbi qulluqçularının mühasirədən çıxması və təhlükəsizliyini yalnız onların bunun üçün nəzərdə tutulmuş koridordan tərksilah olunmuş vəziyyətdə çıxması şərtilə təmin edə bilərik» - (sitatın sonu).

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur