cumhuriyyet.info

Ukrayna prezidenti Rusiyanın hücumu ilə əlaqədar Türkiyə səfərini ləğv edib

  • 28-08-2014, 18:03
  • 1393
  • 0
Ukrayna prezidenti Rusiyanın hücumu ilə əlaqədar Türkiyə səfərini ləğv edib Ukrayna prezidenti Pyotr Poroşenko rus qoşunlarının Ukraynaya daxil olması ilə əlaqədar Türkiyəyə nəzərdə tutulan səfərini ləğv edərək, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasını çağırıb.

Bu barədə prezidentin rəsmi internet səhifəsi məlumat verib. Pyotr Poroşenkonun adından yayılan açıqlamada bildirilir: «Donetsk, xüsusilə də Rusiya qoşunlarının bölgəyə daxil olması, Amvrosievka və Starobeşevo vilayətlərində vəziyyətin kəskin pisləşməsilə əlaqədar, mən Türkiyəyə nəzərdə tutulan işgüzar səfərin təxirə salınması ilə bağlı qərar qəbul etmişəm».

Prezident həmçinin, bundan sonrakı addımların müəyyənləşdirilməsi məqsədilə, bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının keçiriləcəyi barəsində də məlumat verib. «Belə olan halda prezident Kiyevdə olmalıdır», - deyə, dövlət başçısının bəyanatında bildirilir.

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağrılması təşəbbüsünü irəli sürür.

«Beynəlxalq aləm Ukraynada vəziyyətin qəflətən gərginləşməsinə öz qiymətini verməlidir», - deyə O, vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Avropa Birliyi Şurasının fövqəladə iclasının çağrılması məqsədilə özünün avropalı tərəfdaşlarına müraciət edib. Prezident qeyd edib ki, Türkiyə prezidentinin andiçmə mərasimi çərçivəsində yeddi ikitərəfli görüşün keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, səfərin təxirə salınması barəsində qərar verib.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur