cumhuriyyet.info

Pyotr Poroşenko hərbi-texniki siyasət haqqında gizli qərar imzalayıb

  • 28-08-2014, 15:48
  • 1245
  • 0
Pyotr Poroşenko hərbi-texniki siyasət haqqında gizli qərar imzalayıb Sənədin ictimaiyyətə açıqlanan yeganə bəndində Rusiyaya hərbi və ikili təyinatlı məhsulların ixracına qadağa qoyulması əks olunub.

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının «Dövlətin hərbi-texniki siyasətinin modernləşdirilməsi tədbirləri haqqında» 27 Avqust 2014-cü il tarixli qərarının qüvvəyə minməsi barəsində 691/2014 nömrəli sərəncam imzalayıb. Sözü gedən sərəncam çərşənbə günü, avqustun 28-də dövlət başçısının rəsmi internet səhifəsi vasitəsilə yayımlanıb. Faktiki olaraq, sərəncamın mətni «tam məxfi» yazısı ilə möhürlənib.

İctimaiyyətə açıqlanan yeganə bənd «Beynəlxalq kosmik layihələr çərçivəsində kosmosun dinc məqsədlərlə tədqiqi zamanı istifadə olunacaq kosmik texnika istisna olmaqla, Rusiya Federasiyasına hərbi və ikili təyinatlı məhsulların ixracının dayandırılması üçün tədbirlərin görülməsini» nəzərdə tutur.

Korrespondent.net saytının məlumatına görə, bir qədər öncə Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilib ki, Donetsk vilayətinin Starobeşevsk rayonunun Pobeda kəndində Rusiya Silahlı Qüvvələri Batalyon-Taktiki qrupunun xüsusi qərargahı yaradılıb, Amvrosievka şəhərinə isə içərisində canlı qüvvə olan 5 ədəd BTR və 1 ədəd Kamaz avtomobili daxil olub.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur