cumhuriyyet.info

«DXR»: «Bizim tərəfdən «məzuniyyətdə olan» rus hərbçiləri döyüşür»

  • 28-08-2014, 13:56
  • 1247
  • 0
«DXR»: «Bizim tərəfdən «məzuniyyətdə olan» rus hərbçiləri döyüşür» «Qondarma Donetsk Xalq Respublikasının baş naziri Aleksandr Zaxarçenko «müqavimət hərəkatı» tərəfindən məzuniyyətdə olan rus hərbçilərinin döyüşdüyünü etiraf edib. Bu barədə O, «Россия 24» telekanalının efiri vasitəsilə açıqlama verib.

Aleksandr Zaxarçenko daha sonra deyib ki, «Biz bu günkü gün sıralarımızda onlar olmadan döyüşməyin bizim üçün çox çətin və mürəkkəb olacağı çoxsaylı rusların olduğunu heç zaman kimsədən gizlətməmişik. Rusiyadan gələn könüllülər arasında keçmiş zabitlər də yer alır və onlar bunun bir borc olduğunu anlayaraq, bizimlə bərabər döyüşür. Bundan əlavə, bizə Rusiyadan öz məzuniyyətini dənizkənarı çimərliklərdə keçirməkdən daha çox, Donbassın azadlığı uğrunda döyüşən qardaşlarının arasında keçirməyi üstün tutan hərbçilər də qoşulur».

Onun sözlərinə görə, «Münaqişənin davam etdiyi müddətdə özünümüdafiə dəstələri sırasında 3-4 min nəfər rus hərbçisi vardı. Onların bir çox artıq öz evlərinə gedib, xeyli hissəsi də burada qalıb. Təəssüflər olsun ki, onlardan həlak olanları da var».

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur