cumhuriyyet.info

Mixail Saakaşvili dünyanı hər şeyi öz adı ilə çağırmağa səsləyir: «Rusiya Ukraynaya hücum edib»

  • 28-08-2014, 13:51
  • 1266
  • 0
Mixail Saakaşvili dünyanı hər şeyi öz adı ilə çağırmağa səsləyir: «Rusiya Ukraynaya hücum edib» Bu barədə o, avqustun 28-də özünün Facebook səhifəsində yazır: «İndi mən gürcü xalqının yüzlərlə rus tankı, zirehli maşın və «Qrad» sistemlərinin ölkələrarası sərhədi keçərək kənd və şəhərləri necə işğal etdiyi ilə bağlı təcrübəsini ukraynalı bacı və qardaşlarımla bölüşürəm. Və indi dünya bunu necə adlandırmaq barəsində bir qərara gələ bilmir» - deyə, M.Saakaşvili qeyd edir.

Mixail Saakaşvilinin sözlərinə görə, Rusların hazırda etdiklərini separatçı münaqişə, terror hücumu və ya «rus əks-hücumu» adlandırmaq olmaz (Axı, Ukrayna Rusiya ərazisinə hücum etməyib). O, bunu işğal və müharibə adlandırır, eyni zamanda dünya ictimaiyyətini hər şeyi öz adı ilə çağırmağa səsləyir.

Gürcüstanın sabiq prezidenti daha sonra qeyd edir: "Nədən dünya ictimaiyyəti hər şeyi öz adı ilə çağırmalı deyil? Mən düşünürəm ki, hazırda regionumuzda kiminsə başının buzlu su ilə isladılmasından daha önəmli hadisələr yaşanır. Donetsk, Luqansk və Mariupolda Ukrayna, Gürcüstan və Rusiyanın bütün qonşularının taleyi təhlükə altındadır. Ukraynaya Eşq Olsun!».

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur