cumhuriyyet.info

Avrokomissiya nümayəndəsi: 27 Avqust tarixini yadda saxlayın – həmin gün Rusiyanın Ukraynada aşkar aqressiyası başladı

  • 28-08-2014, 13:04
  • 14634
  • 0
Avrokomissiya nümayəndəsi: 27 Avqust tarixini yadda saxlayın – həmin gün Rusiyanın Ukraynada aşkar aqressiyası başladı Çexiyalı diplomat Avropanın ayrı-ayrı hissələrinin istənilən vaxt Rusiya aqressiyasının subyektləri ola biləcəyini bəyan edib.

Rusiya Krım aqressiyası ssenarisini materik Ukraynasında təkrarlayır. «Azadlıq» Radiosunun məlumatına görə, bu barədə Avrokomissiyanın Kiyevdəki spikeri, çexiyalı diplomat David Stulik özünün «Facebook» səhifəsində yazıb.

D.Stulik daha sonra qeyd edib ki, «Bu günü – 27 avqust tarixini yaxşı yadınızda saxlayın. Məhz bu gün Rusiyanın Ukrayna ərazisinə yönəlmiş aqressiyası başlayıb. Bu da həqiqətdir ki, mövcud aqessiya Krımdan başlayaraq, uzun müddət ərzində baş verib, amma indi Krım ssenarisinin Ukraynanın materik hissəsində baş verdiyi tamamilə aşkardır» - David Stulikin yaydığı açıqlamada belə deyilir.

Həmçinin David Stulik bilavasitə Qərbin də rus aqressiyası ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

«Straussayağı yanaşma mövcud vəziyyətə öz təsirini az göstərəcək. Sabah biz genişmiqyaslı müharibə ilə də qarşılaşa, iki gün sonra isə Qərbin bəzi nöqtələrində oxşar aqressiyanın obyekti ola bilərik», - deyə O, bildirib.

David Stulik həmçinin qeyd edib ki, «Bu gün biz – qəti dəyərlər, şüar və prinsiplərə inanan avropalılar ukraynalı olduğumuzu dərk etməliyik».

İsveçin xarici işlər naziri Karl Bildt isə hazırda Donbassda döyüşlərin Ukrayna və Rusiya qoşunları arasında getdiyini bəyan edib.

Çərşənbə günü ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, Donbassdan gələn xəbərlər Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərinə birbaşa əks-hücuma keçdiyinin göstəricisidir.

Bu arada, çərşənbə günü Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından Rusiya silahlı qüvvələri hərbi texnika və canlı qüvvənin Ukrayna ilə sərhəd rayonlarında, ən çox da Rostiv vilayətində cəmləşdirməkdə davam etdiyi bildirilib. Bu hərbi birləşmələrdən bəziləri dövlət sərhədini pozub və hazırda Ukrayna ərazisindədir. Öz növbəsində Ukrayna və Qərb Rusiyanı Donbassın döyüşçü və silahla təminatında günahlandırır. Rəsmi Moskva isə bütün bu ittihamları rədd edir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur