cumhuriyyet.info

İsrail və Fələstin döyüşçüləri eyni anda Qəzza sektorunda öz qələbəsini elan edib

  • 28-08-2014, 13:03
  • 1329
  • 0
İsrail və Fələstin döyüşçüləri eyni anda Qəzza sektorunda öz qələbəsini elan edib Qəzza sektorunda üzü maskalı terrorçular pulemyot və raketləri nümayiş etdirib.

«Azadlıq Radiosu» xəbər verir ki, İsrail və «Həmas» qruplaşması eyni anda iyulun əvvəlindən bəri Qəzza sektorunda davam edən münaqişədə öz qələbəsini elan edib. İsrailin baş naziri Binyamin Netanyahu avqustun 27-də verdiyi açıqlamada «Həmas»-ın irəli sürdüyü tələblərdən heç birinə nail olmadığını bildirib.

Bu arada, Qəzza sektorunda maskalı döyüşçülər dağılmış evlərə daxil olaraq, pulemyot, minaatan və raketləri nümayiş etdirib.

Xatırladaq ki, avqustun 26-da tərəflər arasında «müddətsiz» atəşkəs barəsində razılıq əldə olunub. Bu razılaşma nəticəsində davam etdiyi müddətdə əksər hissəsi fələstinlilərdən ibarət olan 2100 nəfərin ölümünə səbəb olmuş hərbi əməliyyatlara son qoyulub.

Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Ərzaq Proqramının nümayəndələri humanitar yükdən ibarət maşın karvanlarından birinin Qəzza sektoruna daxil olduğu barədə açıqlama verib. Bölgəyə çatdırılan ərzaq məhsullarının beş gün ərzində 150.000 nəfərin qidalanmasına yetəcəyi də qeyd olunub.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur