cumhuriyyet.info

Rus hərbçilərinin anaları Donbassda öldürülən və yaralanan əsgərlərin siyahısını tərtib edib – 400 nəfər

  • 28-08-2014, 12:02
  • 1239
  • 0
Rus hərbçilərinin anaları Donbassda öldürülən və yaralanan əsgərlərin siyahısını tərtib edib – 400 nəfər Stavropol vilayətindəki Əsgər Anaları Komitəsi sədri Lyudmila Boqatenkova: «Məndə 400 nəfərə yaxın şəxsin adının qeyd olunduğu siyahı var. Həmin siyahıda yaralanan və həlak olan əsgərlərin adları daxil edilib». Siyahı silahlı qüvvələrdəki müxtəlif mənbələr əsasında hazırlanıb. Əldə olunan məlumatlara əsasən, siyahıda vladiqafqaz-şumlensk, şalinsk, borzoyskluların adları qeyd edilib.

Söhbət bir neə motoatıcı briqadalardan gedir ki, bunlar da əsasən: Suvorov və Qızıl Əmək Bayrağı Ordeni adına 19-cu xüsusi Voronej-Şumlensk motoatıcı alayı (Vladiqafqaz, Şimali Osetiya), Şali (Çeçenistan) şəhərində yerləşən 17-ci xüsusi qvardiya motoatıcı və Şatoyda (Çeçenistan) dislokasiya olunmuş 8-ci xüsusi motoatıcı briqadalarından gedir.

L.Boqatenkovanın sözlərinə görə, yuxarıda adları qeyd olunan briqadalardakı hərbçilərin adlarından savayı, siyahıda rus ordusunun digər hərbi hissələrində xidmət etmiş əsgərlərin də adları var. Yaralanan və həlak olan əsgərlərin adları davamlı olaraq artdığından, açıqlanan siyahı hələ yekun hesab edilmir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur