cumhuriyyet.info

İsveç Xarici İşlər Nazirliyi Rusiya və Ukrayna qoşunları arasında hərbi toqquşmalar barədə məlumat verib

  • 28-08-2014, 11:19
  • 1271
  • 0
İsveç Xarici İşlər Nazirliyi Rusiya və Ukrayna qoşunları arasında hərbi toqquşmalar barədə məlumat verib İsveçin Xarici İşlər Nazirliyi Rusiya və Ukrayna qoşunları arasında silahlı toqquşmaların olduğunu bəyan edib. Bu barədə qurumun rəhbəri Karl Bildt özünün «Tvitter» hesabı vasitəsilə məlumat verib.

Elə həmin gün Xüsusi Təyinatlı Milis Dəstəsinin İşinin Təşkili Departamentinin rəisi Viktor Çalavan bəyan Ukrayna hərbçilərinin İlovaysk rayonundakı mövqelərinin operativ mühasirəyə düşdüyünü açıqlayıb. O, buna səbəb kimi rus hərbi texnikasının Ukraynaya daxil olmasını göstərib.

Bu arada, UNİAN Agentliyi V.Çalavanın sözlərindən sitat gətirir: «Donetsk və Luqansk vilaytləri ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin peşəkar hərbi qulluqçuları fəaliyyət göstərir. Belə olan halda, İlovayskın operativ mühasirəsi niyə baş verdi? Ona görə ki, həftə sonu Rusiya Federasiyasına məxsus geniş hərbi texnika karvanı Ukrayna ilə dövlət sərhədini özbaşına keçərək, ölkə ərazisinə daxil olub və İlovaysk rayonuna doğru istiqamətlənib. Viktor Çalavan sözü gedən hərbi texnika karvanının tank, zirehli obyekt və «Qrad» yaylım atəşi sistemlərindən ibarət olduğunu da sözlərinə əlavə edib.
Elə həmin gün Ukraynanın «Espresso TV» telekanalı vasitəsilə yayımlanan «Artyom Şevçenko ilə Müharibə Xronikası» proqramında İlovaysk ətrafında vurulmuş T-72 tankı və sözü gedən texnikaya aid sənədlərin əks olunduğu video-görüntülər nümayiş etdirilib. Telekanal tank və sənədlərin Rusiya hərbçilərinə məxsus olduğunu iddia edir.

Həmin görüntülərdə telekanalın əməkdaşı Yeqor Vorobyov T-72 tankının yaxınlığında aşkarlanmış, üzərində rus möhürü olan qablaşdırma vərəqi, eləcə də hərbi baş örtüyü və Rusiya Federasiyası əsgərinə məxsus dərman qutusuna aid olan müşahidə vərəqəsini də təqdim edib. Tankın ətrafında Rusiya Əmanət Bankının kredit kartı və digər sənədlər də aşkarlanıb.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur