cumhuriyyet.info

Dövlət departamenti Rusiya ordusu hissələrinin Ukraynaya göndərildiyi barədə bəyanat verib

  • 28-08-2014, 10:58
  • 1399
  • 0
Dövlət departamenti Rusiya ordusu hissələrinin Ukraynaya göndərildiyi barədə bəyanat verib Rusiya hakimiyyəti ölkənin silahlı qüvvələrinə məxsus hissələri Ukraynaya göndərir. Bu barədə Birləşmiş Ştatlar Dövlət Departamenti Mətbuat Xidmətinin rəhbəri Cen Psaki keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, artıq rus hərbçiləri Ukraynanın içərisinə doğru təqribən 48 kilometr boyunca irəliləməyə müvəffəq olub. O, daha sonra rəsmi Vaşinqtonun «Rusiya hökümətinin həqiqəti söyləməyə hazır olmamasından narahatlığını» ifadə edib.

Bundan əlavə, xanım C.Psaki separatçıların Donetsk və Luqansk ətrafında Rusiyanın yönləndirilməsilə Ukrayna hərbçilərinə qarşı əks-hücuma keçdiklərini də bəyan edib.

Bir qədər öncə isə, avqustun 27-də İsveçin Xarici İşlər Nazirliyində Rusiya və Ukrayna silahlı qüvvələri arasında silahlı toqquşmaların olduğu da bildirilirdi. Bunu qurumun rəhbəri Karl Bildt özünün «Tvitter» hesabı vasitəsilə yaydığı açıqlamasında bildirib.

Elə həmin gün Xüsusi Təyinatlı Milis Dəstəsinin İşinin Təşkili Departamentinin rəisi Viktor Çalavan bəyan Ukrayna hərbçilərinin İlovaysk rayonundakı mövqelərinin operativ mühasirəyə düşdüyünü açıqlayıb. O, buna səbəb kimi rus hərbi texnikasının Ukraynaya daxil olmasını göstərib.

Bu arada, UNİAN Agentliyi V.Çalavanın sözlərindən sitat gətirir: «Donetsk və Luqansk vilaytləri ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin peşəkar hərbi qulluqçuları fəaliyyət göstərir. Belə olan halda, İlovayskın operativ mühasirəsi niyə baş verdi? Ona görə ki, həftə sonu Rusiya Federasiyasına məxsus geniş hərbi texnika karvanı Ukrayna ilə dövlət sərhədini özbaşına keçərək, ölkə ərazisinə daxil olub və İlovaysk rayonuna doğru istiqamətlənib. Viktor Çalavan sözü gedən hərbi texnika karvanının tank, zirehli obyekt və «Qrad» yaylım atəşi sistemlərindən ibarət olduğunu da sözlərinə əlavə edib.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur