cumhuriyyet.info

ARDNŞ iki yeni şirkət yaradıb

  • 27-08-2014, 14:32
  • 1290
  • 0
ARDNŞ iki yeni şirkət yaradıb Dövlət Neft Şirkəti "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində iki şirkət yaradıb. Şirkətlər 24 iyulda təsis edilib, Vergilər Nazirliyi rəsmi informasiyanı 20 avqustda «Vergilər» qəzetinin xüsusi buraxılışında verib. Bu barədə contact.az məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki şirkət (“SOCAR Upstream Management İnternatilonal” və “SOCAR Midstream Operations”) ARDNŞ-nin mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir.

Bu ilin fevralında “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün "Cənub Qaz Dəhlizi" QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz). QSC 2 şirkət təsis edib (“SGC Upstream” və “SGC Midstream”).

May və iyulda SC $2 mlrd 163,7 mln məbləğində istiqraz buraxıb. Onları Dövlət Neft Fondu alıb.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur