cumhuriyyet.info

Minskdə danışıqlar: Putin həmişəki kimi konfrontasiyaya üstünlük verdi

  • 27-08-2014, 14:27
  • 1148
  • 0
Minskdə danışıqlar: Putin həmişəki kimi konfrontasiyaya üstünlük verdi Qərb qəzetləri Putin və Poroşenkonun Minskdə baş tutan dünənki danışıqlarına münasibət bildiriblər.

Britaniyanın “The Times” qəzetinin redaksiya məqaləsi “Tankəleyhinə “kirpi”” adlanır. Qəzetin fikrincə, Minsk danışıqları ərəfəsində “Putin həmişəki kimi konfrontasiyaya üstünlük verib”.

Düzdür, Poroşenko mübarizə aparır. Amma onun seçimi böyük deyil: “Putin şərtləri ilə sülh danışığı əldə etmək 1979-cu ildə Əfqanıstana olunan müdaxilədən sonra Rusiyanın ən pis təcavüzünü qanunlaşdırmaq olardı”.

Ukraynadakı “güc ssenarisinin” eskalasiyasında Rusiyanı günahlandırmaq lazımdır, məqalədə deyilir. Nikbin versiyaya əsasən, Putin münaqişənin nizamlanmasına cəhd göstərəcək. Lakin ola bilər ki, “o, Rusiyanın itirilmiş təsir sahələrinin bərpasını davam etdirsin”, məqalədə deyilir.

Putinin yaxın məqsədi Ukraynanın NATO və AB-ə verməməkdir. Qəzetin fikrincə “Putini adi paranoya idarə edir”, çünki hələlik heç kim Ukraynanı bu bloklara üzv etmək fikrində deyil.

Putin və Poroşenko “etnik rusların Ukraynada dinc şəraitdə yaşamaq və öz dilində danışmaq hüququ” da daxil olmaqla, çox şeyi müzakirə etməlidir. Ancaq əvvəlcə Putin Ukrayna sərhədlərini və suverenliyini qəbul etməlidir.

“Putin və Poroşenko heç kimi inandıra bilməyən sazişi “səhnələşdiriblər””, - İspaniyanın “El Mundo” qəzetində çıxan materialın başlığı belədir.

Qəzetin fikrincə, daha geniş sülh sazişi imzalanana kimi separatçıların de-militarizasiyasını tələb etməkdə Poroşenko haqlıdır. Qəzet AB-ə məsləhət görür ki, “Ukraynanın ərazi bötüvlüyünə təhlükə törətməmək üçün Putinə təzyiq olunsun”.

“The Guardian” Putin və Poroşenkonun görüşünə münasibəti Şərqi Ukraynadakı şəklin (casusluqda ittiham edilən qızın sütuna bağlanmış meyiti) təsviri ilə başlayır. “Normal həyat rudimentlərinə hopmuş ölüm, nifrət və dəhşət” – Minskdə Putin və Poroşenko görüşünün fonu belədir, qəzet yazır.

Qəzetin fikrincə,indi iştirakını təkzib etdiyi əməliyyatlara əl atmadan separatçıları dəstəkləmək Rusiya üçün daha çətindir. Bəlkə bu Moskvanı hazırkı formatda atəşkəsə yönəldə bilər?

“Atəşkəs kifayət deyil. Rusiya, Avropa və Ukrayna “böyük razılıq” əldə etməlidir”, - qəzet hesab edir. Ukrayna şərqdə əsl de-sentralizasiya ilə bağlı söz verməli, Moskva iqtisadi şantajdan əl çəkməli, Ukrayna yaxın gələcəkdə NATO-a üzv olmaqdan boyun qaçırmalıdır.

“Təəssüf, belə bir razılıq uzaq perspektivdə mümkündür”. Ukrayna və qərb ölkələri bu razılığın bəzi elementləri ilə çətin razılaşa. Ancaq görünən odur ki, Rusiya da düzgün saziş əsasında deyil, fırıldaq sayəsində Ukraynada təsirini saxlamaq istəyir. Ola bilsin, Moskva “Donbassda Abxaziyanın” yaranmasına cəhd göstərir.

“Bu Rusiya da daxil olmaqla, hamı üçün fəlakət olardı”, - məqalədə deyilir.

“Ukraynadakı buz hələlik əriməyib” – “The New York Times”-ın redaksiya məqaləsində qeyd edilir. Poroşenko və Putin görüşdü, amma onların nitqlərində və hadisələrin gedişatında hər hansı bir tərəfin atəşkəsə hazır olması nəzərə çarpmır.

“Problem ondadır ki, hazırda Ukrayna atəşkəsdə maraqlı deyil, Rusiya isə özünü elə aparır ki, guya münaqişədə iştirak etmir”, - NYT yazır.

“Kiyev siyasi sövdələşməyə razı olmayanadək, görünür, Rusiya oda yağ tökməyə hazırdır. Bu sövdələşmə şərq bölgələrinə istənilən Qərbə inteqrasiya addımına veto qoymağa imkan verərdi”.

Qəzetin fikrincə, Poroşenko hazırda qeyd-şərtsiz atəşkəsdən imtina etməkdə haqlıdır.

Poroşenko və Qərb Putini inandırmalıdır ki, Rusiya iqtisadi və hərbi təzyiqlə Ukraynaya öz istəklərini yeridə bilməz.

“Eyni zamanda ABŞ və Avropa dərk etməlidir ki, Putin baş verənləri prinsipial münaqişə kimi qəbul edir və xalqın dəstəyindən istifadə edir. Qərb göstərməlidir ki, o da Ukraynanı dəstəkləyir və rus şirkətlərinə, maliyyə institutlarına qarşı sanksiyaları sərtləşdirməyə hazırdır”, - məqalədə deyilir.

“Die Welt”-in icmalçısı İnqa Pilipçuk yazır: “Son günlər Ukrayna münaqişəsi rəmzi siyasət ruhunda inkişaf edir. Putinin “humanitar yardım karvanı”, Ukraynanın Müstəqilli günü münasibətilə parad, Donetskdə “anti-parad”, - bunların hamısı yalnız bir neçə nümunədir”.

“Və budur, Minskdə Vladimir Putin ilə petro Poroşenkonun görüşündə ölkə başçılarının əl sıxması da rəmzi jest idi”, - məqalədə deyilir.

“Putin yenidən münaqişəni sülh yolu ilə həll etmək lazım gəldiyini dilə gətirib. Sanki Rusiya martdan etibarən şərqi Ukraynadakı separatçıları muzdlular və silahla təmin etmir, - jurnalist yazır. Sanki yaranmış vəziyyətin hərəkətverici qüvvəsi Rusiya deyil”.

“Putin taktikasını dəyişib silahla təminatı və təxribatı həqiqətən dayandırsaydı, separatçılar çoxdan məğlub olmuşdular. Bu Putinin də məğlubiyyəti olardı, ona görə belə bir şeyə o, yol verməz. Bu səbəbdən o, müharibənin qanlı reallığından çoz uzaq olan rəmzi siyasətinə sadiqdir”, - Pilipçuk hesab edir.

“Vladimir Putin çərşənbə axşamı Ukrayna prezidenti ilə danışıqlar apardı. Danışıqların konkret nəticələri olmadı. Bundan bir neçə saat öncə Ukrayna əsir götürülən rus əsgərləri ilə videoyazını dərc etdi və bununla da Rusiyanın Şərqi Ukraynadakı münaqişəyə aidiyyatı olmadığını iddia edən Putinin sözləri şübhə altına qoyuldu”, - Endryu Higgins və Maykl Qordon “The New York Times” üçün yazır.

“Putin özünü münaqişə müşahidəçisi kimi təqdim etməyə davam etdi və prezident Poroşenko ilə görüşdən sonra bildirdi ki, üsyan Ukraynanın daxili problemidir”, - məqalədə deyilir.

“Analitiklərin fikrincə, Moskvanın uzunmüddətli məqsədi separatçıların qondarma dövlətinin Ukrayna tərəfindən qəbul edilməsi deyil, Ukraynanın heç vaxt NATO-a üzv olmayacağı ilə bağlı zəmanət almaqdır”, - məqalədə deyilir.

AB nümayəndəsi Ketrin Eşton bildirib ki, əsir götürülən rus əsgərlərinin video yazısı ilə bağlı “birbaşa müzakirə” olmayıb, ancaq rəsmilər ATƏT müşahidəçilərinin iştirakı ilə Rusiya-Ukrayna sərhədinin müdafiəsinin zəruriliyi haqda danışıblar.

cumhuriyyet.info

Orijinalı linkdə
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur