cumhuriyyet.info

Kostromsk desantçılarının komandanlığı Ukraynada itkilər barədə məlumat verib

  • 27-08-2014, 13:11
  • 1161
  • 0
Kostromsk desantçılarının komandanlığı Ukraynada itkilər barədə məlumat verib Bazar günü Donetsk vilayətində Ukrayna hərbçiləri tərəfindən saxlanılan Kostromsk desantçılarının ailələri hərbi hissə komandanlığı ilə görüşüb. Onların sözlərinə görə, zabitlər şəxsi heyətdəki itkilər haqda məlumatları təsdiqləyiblər.

Əsgər valideynlərini inandırıblar ki, danışıqlar yüksək səviyyədə gedir. Valideynlər desantçıların aldadıldığını söyləyirlər: onlar Rostov vilayətinə təlimə getdiklərini düşünüblər, lakin son anda biliblər ki, məzuniyyət qışa qədər uzana bilər”.

Məlumatda deyilir ki, Ukrayna xüsusi xidmət orqanlarının bir gün əvvəl açıqladığı desantçıların hamısının ailə üzvləri görüşdə iştirak edib. Rəhbərlik ilə danışıqlardan sonra bir neçə döyüşçünün qohumları jurnalistlərlə görüşüb və qeyd ediblər ki, alayın şəxsi heyətində yaralılar, əsir götürülənlər və həlak olanlar var.

Valideynlərə və yaxınlara itkilər barədə məlumatı qvardiya diviziyasının komandir müavini, polkovnik Aleksandr Xotulev verib: şəxsiyyəti artıq müəyyənləşən, müqavilə ilə işləyən iki nəfər həlak olub; təxminən 10 nəfər yaralıdır və Rostov xəstəxanalarına yerləşdirilib; 9 əsgər isə ukraynalılar tərəfindən əsir götürülüb.
Bazar ertəsi UTX Ukraynaya girməyə cəhd göstərən rus diversant qrupunun zərərsizləşdirilməsi barədə rəsmi saytında məlumat vermişdi. Xidmətin məlumatına əsasən, 10 desantçı saxlanılmışdı. Daha sonra 9 nəfərin adı açıqlanmışdı: Sergey Arxipov, Andrey Qoryaşin, Yeqor Poçtoyev, Vladimir Savasteyev, Artyom Mitrofanov, Aleksey Generalov, İvan Melçukov, İvan Romansev və Sergey Smirnov. Son dördünün ifadəsini UTX “YouTube”-a yerləşdirmişdi.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur