cumhuriyyet.info

Poroşenkonun Gömrük ittifaqı liderləri ilə görüşü

  • 27-08-2014, 11:09
  • 989
  • 0
Poroşenkonun Gömrük ittifaqı liderləri ilə görüşü Minskdə Ukrayna-Avropa Birliyi-Avrasiya üçlüyü (Belarus, Qazaxıstan, Rusiya) formatında görüş keçirilib. Görüş çərçivəsində Petro Poroşenko Aleksandr Lukaşenko ilə görüşüb. Tərəflər ticarət-iqtisadiyyat sahəsində ikitərəfli əlaqələri, xüsusilə, sahələr arası əməkdaşlıq və enerji sektorunda qarşılıqlı münasibətlərin genişlənməsini müzakirə ediblər.

Poroşenko bildirib ki, Ukrayna Belarusla dövlət sərhədində asayişin təmin olunmasında maraqlıdır və onun demarkasiyası prosesini sürətləndirməyə hazırdır. Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinlə də görüşüb. Prezidentlər Minskdə danışıqlardan öncə bir-birlərini salamlayıblar. Müstəqilli sarayında baş tutan şəkil çəkdirmə mərasiminin gedişatında ölkə başçıları bir-birlərinin əlini sıxıblar. Putinin əlini sıxanda Poroşenkonun üzü dəyişib. Buna qədər Ukrayna prezidenti Ketrin Eştonun ünvanına gülümsəyirdi. Lakin Putinə tərəf dönəndə birdən gülümsəməyi dayandırıb.

Görüşdə Poroşenko Gömrük ittifaqı ölkələrini onun Dobnass üzrə sülh planını dəstəkləməyə çağırıb və Rusiyanı Donbassı bərpa etmək üçün pul ayırmağa dəvət edib. Daha sonra iki prezidentin görüşü keçirilib.

Daha sonra Petro Poroşenko görüşün yekunlarına həsr edilmiş brifinqdə təəssüratlarını bölüşüb. Prezident danışıqları “çox çətin” adlandırıb, ancaq qeyd edib ki, bütün ölkə başçıları onun “sülh planını” dəstəkləyiblər. Həmçinin Rusiya ərazisində qeyri-qanuni saxlanan Ukrayna vətəndaşlarının azadlıqla təmin olunması ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, sentyabrın 6-ı AB-nin energetika məsələləri üzrə komissarı Günter Ettingerin, Rusiya və Ukrayna tərəfinin iştirakı ilə növbəti konsultasiya keçiriləcək.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur