cumhuriyyet.info

ABŞ Suriyaya zərbə endirmək üçün zəmin yaradır

  • 26-08-2014, 17:00
  • 981
  • 0
ABŞ Suriyaya zərbə endirmək üçün zəmin yaradır Pentaqon islamçıların ərazilərində olan hədəflər haqda məlumat toplamaq üçün Suriyanın hava məkanına pilotsuz təyyarələr də daxil olmaqla, kəşfiyyat uçaqları göndərməyə hazırlaşır ki, bud a İraq sərhədlərindən kənar ABŞ-ın məhdud hərbi-hava kampaniyasının mümkün genişlənməsinə zəmin yaradır, “The Wall Street Journal” xəbər verir.

“Ötən həftə Obama Suriyada dronların kəşfiyyat uçuşlarına icazə verib”, - məqalədə deyilir.

Suriyanın xarici işlər naziri Valid Muallem Dəməşqdə keçirilən mətbuat konfransında bildirmişdi ki, Suriya ekstremist qüvvələrə qarşı yönəlmiş əməkdaşlığa hazırdır, lakin hərbi qruplaşmalara qaşrı atılan istənilən addım “Suriya hökuməti ilə razılaşdırılmalıdır”.

“Pilotsuz təyyarələr Suriya rejiminin razılığı və icazəsi olmadan Suriyanın hava məkanına daxil olacaq – bu məsələ ilə yaxından tanış olan Amerika rəsmisi xəbər verib. Administrasiya tez-tez bəyanat verib ki, ümumi düşmən ilə mübarizə Suriya rejimini ABŞ müttəfiqi etmir”, - məqalədə deyilir.

“Məqsəd siyahısının hazırlanmasında kəşfiyyat məlumatları həmişə vacib olub”, - məmur əlavə edib.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur