cumhuriyyet.info

Ukraynanın qaz ehtiyatları qışa qədər dolacaq

  • 26-08-2014, 16:45
  • 1020
  • 0
Ukraynanın qaz ehtiyatları qışa qədər dolacaq “Bild” AB-nin energetika üzrə komissarı Günter Ettingerlə müsahibəni dərc edib. “Rusiya və Ukrayna prezidentlərinin çərşənbə axşamı Minskdə baş tutacaq görüşlərinə münasibət bildirərək deyib: - Görüş özü-özlüyündə yaxşı əlamətdir. Əvvəlki kimi münaqişənin eskalasiya təhlükəsi var. Təcili şəkildə kompromis gərəkdir. İlk əvvəl atəşkəs əldə edilməlidir. Rusiya separatçıları dəstəkləməmək öhdəliyini öz üzərinə götürməlidir. Ukrayna isə əvəzində separatçıları amnistiya ilə təmin edə bilər”.

“Düşünmürəm ki, Rusiya prezidenti Putin enerji təminatını siyasətini yürütmə alətinə çevirmək istəyir, - Ettinger bildirib. – Hazırda Ukraynanın qaz anbarları yarıya kimi dolub. Qış başlayana kimi tamamilə dolu olacaqlar. Müstəsna hal kimi Ukraynaya AB ölkələrindən qaz göndərmək mümkün olmalıdır”.

AB-nin özünə gəldikdə isə, Ettingerin narahatçılığına ən çox səbəb olan rus qazından 100% asılı olan ölkələrdir, özü də onlardan ikisinə qaz Ukrayna ərazisi vasitəsilə çatdırılır. Komissarın sözlərinə görə, ən pis ssenari qaz ixracında yaranan fasilələrlə bağlıdır.

Sonda Ettingerdən Rusiyaya qarşı sanksiyalar haqda fikir bildirmək istənilib: “Sanksiyalar işləyir. Rus şirkətlərinin AB ölkələrindən kredit almaqla bağlı böyük problemləri var. Bundan əlavə bir çox Avropa şirkətləri Rusiyaya investisiyalarını yenidən nəzərdən keçirirlər”, - məqalədə deyilir.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur