cumhuriyyet.info

Poza almaq tərzi – xarici siyasətə əvəz deyil

  • 26-08-2014, 16:25
  • 1028
  • 0
Poza almaq tərzi – xarici siyasətə əvəz deyil “Londonistan” və “Londonqrad”: niyə ölkə paytaxtımız əcnəbi axını ilə assosiasiya doğurmağa başlayıb? Niyə Böyük Britaniya başqa ölkələrə mənəvi dəyərlər haqda öyüd nəsihət verdiyi halda bəzi şübhəli şəxslərə qarşı belə səbirlidir?” – “The Times”-ın icmalçısı Con Kempfer oxuculara sualla müraciət edir.

Müəllifin fikrincə, bu suallar birbaşa Böyük Britaniyanın milli təhlükəsizliyi ilə əlaqədardır və dünya münaqişələrinin mənasına, Britaniya hökumətinin bu krizislərə ardıcıl və əsaslı şəkildə reaksiya verə bilməməsi faktına aydınlıq gətirir.

“Devid Kemeronun Vladimir Putin təcavüzünü ittiham etməsi Britaniyanın rus pulları üçün “çamaşırxana” rolu ifa etməsi ilə düz gəlmir”, - məqalədə deyilir.

Rusların “çirkli pullarına” meyl göstərməyi müəllif alçaldıcı hərəkət hesab edir: “Britaniya iqtisadiyyatı dəhşətli dərəcədə oliqarxlardan asılıdır”. Londonda elit daşınmaz əmlak bazarı demək olar ki, vergi ödəməyən və Britaniyaya sadiq olmayan “səyahət edən kosmopolitlərə” qarşı çox mərhəmətlidir.

Bu yaltaqlıq nəinki Britaniya iqtisadiyyatında stabilliyi pozub, həmçinin xarici siyasəti korlayıb. Putin və ətrafı yaxşı bilir: iqtisadiyyatlarına səliqəli şəkildə gəlir daxil olan ölkələr ciddi narahatlıq törətməyəcəklər.

“Böyük Britaniya yeganə ölkə deyil. Qərbi və Mərkəzi Avropa ölkələrinin çoxu Rusiyanın enerji daşıyıcılarından asılıdır”, - müəllif yazır.

Yaxın Şərqə gəldikdə isə Britaniya “beynəlxalq riyakarlıq liqasında ön cərgələrdədir”, - müəllif hesab edir. 20 ildir ki, Britaniya Yaxın Şərq ilə bağlı qərar versin – “azadlıq mücahidləri” üçün sığınacaqdır yoxsa terrorizmlə mübarizə ölkəsi? Kimi dəstəkləyir – avtoritar hakimiyyəti yoxsa ədalətli döyüşçüləri?

“Ukraynadan tutmuş İraq, Qəzza, Suriya və Liviyaya kimi qərb siyasəti heç vaxt bu qədər məntiqsiz və effektsiz olmamışdı”, - müəllif hesab edir.

cumhuriyyet.info

Orijinalı linkdə
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur