cumhuriyyet.info

Qərb tarixi unudur – Putin tarixi təkrarlayır

  • 26-08-2014, 15:14
  • 1110
  • 0
Qərb tarixi unudur – Putin tarixi təkrarlayır THE WALL STREET JOURNAL
MATTHEW KAMINSKI

Ukraynadakı hazırkı münaqişə - Avropa regionunda avtokratiya və liberalism arasındakı qədim toqquşmanın təzədən təkrarlanmasıdır, “The Wall Street Journal” qəzetinin redaksiya heyətinin üzvü Metyu Kaminski hesab edir. “Regionun həyatını yüz illər boyu “Polşa məsələsi” – Rusiya və Almaniya arasında müstəqil insanların taleyi məsələsi - müəyyənləşdirib”, - məqalədə deyilir.

“Narıncı inqilab” və Yanukoviçin devrilməsi XIX əsrdə polyakların Rusiya hökmranlığına qarşı üsyanına oxşayır. Onda I Nikolay demişdi: “İndi ya Rusiya, ya Polşa məhv olmalıdır”.

“Həmin sözləri Putin dövrünə aid etsək, ya o, ya da gənc Ukrayna demokratiyası sağ qalmalıdır”, - Kaminski hesab edir.

Bütün “Polşa münaqişələri” zamanı Avropanın realist siyasətçiləri qüvvələr balansını pozmaqdan ehtiyatlanır və Moskva və Berlində avtokratlarla razılığa gəlməyə üstünlük verirdilər.

Tarixçi Norman Devis bildirir ki, 1863-cü ildə Polşa üsyanının lideri ümidsiz şəkildə Avropa ölkələrinin paytaxtında yardım axtarırdı və belə bir nəticəyə gəlir ki, Qərb Rusiyanı “kapitalistlər üçün qızıl bulaq” hesab edir. “AB-də sanksiyalarla bağlı indiki debatlar da elədir”, - Kaminski münasibət bildirir.

Bu gün realistlər hesab edirlər ki, Putinin əməllərində NATO və AB-nin genişlənməsi günahkardır. “Ancaq Xilaskar xarici təsir ilə Rusiyanın avtokratik döyüşlərin yaşı daha çoxdur”, - müəllif 1968-ci il Çexoslovakiyanı xatırlayaraq iddia edir. “1991-ci ildə vitse prezident Aleksandr Rutskin başda olmaqla Yeltsinin ərtafından olan qalınqafalar 50 milyona yaxın Ukrayna slavyanlarını SSRİ tərkibində saxlamaq üçün qoşunun yeridilməsini tələb edirdilər”, - məqalədə deyilir.

Bu gün başda Almaniya olmaqla AB ölkələri prezident Poroşenkonu hücumu dayandırmağa və kompromissə getməyə çağırır. Amma Poroşenko razılaşmır.

Vaxtından əvvəl yaranmış atəşkəs vəziyyəti, çox güman, daha bir “dondurulmuş münaqişə”yə səbəb olacaq. Bu da Ukrayna demokratiyasını və Avropanın hədəflərini zəiflədəcək. “Belə olduğu təqdirdə Putin qələbə qazanacaq”, - müəllif yazır.

Bundan başqa, “başı Yaxın Şərqə qarışmış Vaşinqton “Ukrayna işini” Almaniyaya tapşırıb. Almaniya ilə Rusiya arasında əldə olunmuş daha bir razılığın Avropanın “qanlı torpaqlarını” sakitləşdirəcəyinə inanan hər bir kəs tarixin dərslərindən nəticə çıxarmayıb”, - müəllif yazır.

Soyuq müharibə konsepsiyasının təhrikedicisi Corc Kennan yazırdı: “Rusiyanın sərhədlərində yalnız vassallar və ya düşmənlər ola bilər”. “Problem qonşularda deyil, Rusiyanın özündədir. Moskvada tiranlar hakimiyyətdə qaldığı müddətcə Kennan qaydası öz aktuallığını saxlayacaq”, - Kaminski nəticə çıxarır.

Ukrayna məsələsi ilə bağlı qarışıq kompromis Avropa və Amerika üçün mənəvi və strateji fəlakət olardı, o deyir.

cumhuriyyet.info

Orijinalı linkdə
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur