cumhuriyyet.info

Humanitar yardım karvanı qoşunun artırılmasından diqqəti yayındırmaq üçün istifadə edilir

  • 26-08-2014, 14:46
  • 980
  • 0
Humanitar yardım karvanı qoşunun artırılmasından diqqəti yayındırmaq üçün istifadə edilir “Şübhəsiz, karvanın göndərilməsinin bir məqsədi var – minimum şəkildə daha açıq hərbi əməliyyatlardan diqqəti yayındırmaq”, - NATO-nun baş katibi Anders Foq Rasmussen “The Financial Times”-a verdiyi müsahibəsində bildirib. “İndi mən daha çox narahatam və əsas səbəb ondan ibarətdir ki, şərqdə Ukrayna ordusunun uğurları Rusiya tərəfinin separatçılara dəstəyini müxtəlif yollarla artırmağa həvəsləndirə bilər”, - o əlavə edib.

“Rasmussenin sözlərinə görə, Rusiyanın münaqişəyə geniş hərbi müdaxiləsinin sübutları arasında Rusiya artilleriyasının həm Ukrayna ərazisindən, həm də sərhəd rayonlarından bir çox mövqelərin atəşə tutulma xəbərləri yer alır. O deyib ki, sərhəddə rus qüvvələrinin konsentrasiyasının artması davam edir”, - jurnalistlər Peter Şpigel və Roman Olearçik yazır.

“Humanitar yardım hərbi müdaxilə üçün pərdədir. Bunu da istisna etmək olmaz”, - Rasmussen bildirib və qeyd edib ki, Kiyev artıq regiona humanitar yardım göstərib.

Rasmussen hesab edir ki, Kremli hərbi xarakterli nəticədən çox, iqtisadi nəticə gözləyir: Qərb yeni sanksiyaları nəzərdən keçirir.

Rasmussen həmçinin qeyd edib ki, NATO-nun sammitində Ukrayna və Rusiya ilə sərhəd ölkələrin müdafiəsinin artırılması istiqamətində tədbirlər qəbul ediləcək.

cumhuriyyet.info
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur