cumhuriyyet.info

Şəfəq saçan “ağ yalan”

  • 26-08-2014, 10:58
  • 1016
  • 0
Şəfəq saçan “ağ yalan” FOREIGN POLICY
MICHAEL WEISS

“Vladimir Putinin təsəllisi də təhdid kimi səslənir”, - “Foreign Policy” üçün məqaləsində “İnterpreter” jurnalının redaktoru Maykl Veyss yazır.

“Rusiya tərəfi fəaliyyətə keçmək qərarı alıb. Humanitar yardım karvanımız Luqans istiqamətində hərəkətə başlayır”, - RF XİN rəhbəri avqustun 22-də bildirmişdi. Veyssin fikrincə, “Rusiya tərəfi qərara alıb” ifadəsi “Danışmalıyıq” bəyanatı ilə eyni kateqoriyadandır.

Cümə günü Beynəlxalq Qızıl Xaç komitəsi (BQXK) “Twitter” vasitəsilə bu fiaskodan tamamilə kənarlaşdı”, - Rusiya karvanını nəzərdə tutaraq müəllif yazır. “Qeyri-sabit vəziyyət ilə əlaqədar karvanı müşayiət etmirik”, - BQXK özünün “Twitter” hesabından rus dilində yazmışdı. “Lakin “İnterfaks” xəbər verdi ki, Qızıl Xaç Rusiya cəmiyyətinin rəhbəri Raisa Lukutskaya Moskvanın karvan göndərmək qərarını tamamilə dəstəkləyib”.

NATO karvanın göndərilməsini “Rusiya tərəfindən beynəlxalq normaların açıq-aşkar pozulması” adlandırdı. NATO-nun Luqanskdakı rəsmi nümayəndəsi Oana Lunqesku təsdiqləyib ki, “Ukrayna silahlı qüvvələrinə qarşı rus artilleriyası tətbiq edilir – həm transsərhəd, həm də Ukrayna ərazisindən”. Lunqesku həmçinin bildirib ki, Donbassda “Rusiyanın hava-desant qüvvələri, HHQ və xüsusi təyinatlıları” fəaliyyət göstərir.

Veyss davam edir: həftənin başlanğıcında Luqanskın cənubunda “guya Pskov hava-desant diviziyasına məxsus olan BMD-2 ələ keçirilmişdi”. Ukraynalı jurnalist Roman Boçkala “Facebook”-a maşının və Pskov diviziyasının yoxlanış jurnalına bənzər jurnal şəkli yerləşdirmişdi. “Rusiya etiraz etdi ki, konkret bu jurnalın formatı beş ildən çoxdur ki, daha istifadə edilmir” – müəllif qeyd edir və əlavə edir ki, avqustun ortasında Rusiya tərəfindən sərhəddə “başqa bir BMD-2” qeydə alınmışdı.

Avqustun 18-də Putin “76-cı qvardiya desant-şturm Çerniqovsk Krasnoznamenni diviziyasının Suvorov ordeni ilə mükafatlandırmaq”la bağlı sərəncam imzaladı.

Sərəncamda deyilir ki, diviziya “komandanlığın hərbi tapşırıqlarını uğurla yerinə yetirdiyinə və heyətin qəhrəmanlıq və şücaət nümayiş etdirdiyinə” görə mükafatlandırılır. Veyss şərh edir: “Qəribədir, Rusiya hansı “hərbi tapşırıqlara” görə bu cəsur hərbçiləri mükafatlandırdığını rəsmi olaraq etiraf etmədi”. RF müdafiə nazirliyi Ukraynada hər hansı BMD-2 maşınlarının ələ keçirilməsini inkar edir.

cumhuriyyet.info

Orijinalı linkdə
  • Paylaş:
  • print
Adınız:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sual:
Azərbaycanın paytaxtı haradır?
Cavab:
Haqqımızda
Məqsədimiz - dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan analitik yazıları və ən önəmli siyasi, iqtisadi, sosial xəbərləri işıqlandırmaq; əsas hadisələri və ölkə siyasətçilərinin iştirakı ilə təşkil olunacaq debatları canlı yayım vasitəsilə izləyicilərin diqqətinə çatdırmaqdır.
Əlaqə
E-mail: info@cumhuriyyet.info
Tel: 055 477 87 79
Copyright © 2013 cumhuriyyet.info Bütün hüquqlar qorunur